main-post-cover

    Tesla Model 3 elektromobili necə istehsal olunur? (VİDEO)

    Elm & Texnologiya
    02.09.2020
    Farid Pardashunas
        Tesla şirkəti özünün Model 3 elektromobilinin Şanxaydakı zavodda necə istehsal olunduğunu göstərib. Təqdim edilmiş 48 saniyəlik video elektromobilin bütün istehsalat prosesini sürətli rejim şəklində özündə birləşdirib. Bu barədə Electrek saytı xəbər verib. Bir neçə il bundan öncə Elon Musk qənaətə gəlmişdi ki, onun şirkəti avtomobil istehsalı barəsində digər avtomobil istehsalçılarından daha innovasiyalı olacaq. Onun fikrincə bu halda zavod alətdən məhsula çevrilməlidir. Elon Musk-ın zavodlarının sayı getdikcə artır.
        Yay fəslinin əvvəlində Tesla təsdiqləmişdi ki, o, 2021-ci ilin ortasında Berlində yeni Gigafactory zavodunu istifadəyə verəcək. Tesla-nın Şanxaydakı zavodu keçən ilin noyabr ayından başlayaraq elektromobil istehsalı ilə məşğuldur. May ayında zavodun prezidenti bildirmişdi ki, bu ilin ikinci rübündə Şanxaydakı zavod artıq ildə 200.000 elektromobil istehsalı səviyyəsinə çatacaq. Bu isə bir gün ərzində 550 ədəd elektromobil istehsalı deməkdir.
        Business Insider-in fikrincə Tesla-nın ən böyük üstünlüyü elektromobillər deyil məhz zavodlardır. Görünür, Tesla pandemiya nəticəsində yaranmış böhrandan digər avtomobil istehsalçıları il müayisədə daha rahat çıxacaq. Hətta alıcılıq qabiliyyəti aşağı düşsə də Tesla şirkəti elektromobil bazarında tam monopoliyaya sahibdir. Belə ki, şirkət ABŞ-dakı elektromobil bazarının 80%-nə sahibdir. Digər ölkələrdə yeni zavodların işə salınması isə Tesla-nın bazardakı mövqelərini daha da gücləndirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər