Logo
    main-post-cover

    Tesla Model S-i kriptovalyuta mining fermasına çevirdilər

    Elm & Texnologiya
    01.12.2017
    Emil
    Bir neçə gün bundan öncə Tesla elektromobillərinə sahib olan insanların Facebook qrupunda avtomobillərin batareyalarını mining ferması üçün istifadəni zarafat kimi təklif etmişdilər.
    Məlum olub ki, bu cür ideya artıq bir neçə nəfərin ağlına gəlib. Hətta istifadəçilərdən biri yük yerində kriptovalyuta yığılması üçün nəzərdə tutulmuş fermanın yerləşdiyi Tesla Model S-in fotosunu da paylaşıb. Fotonun müəllifi bu barədə təfərrüatlar verməsə də, qeyd edib ki, o, Supercharger stansiyalarındakı pulsuz enerjidən istifadə etməyi planlaşdırır. Fotodan da görmək olar ki, həmin fermada ASIC-lər (ana plata ilə çipi özündə birləşdirən xüsusi mining prosessoru) yoxdur.

    Bu isə o deməkdir ki, mining videokartlar vasitəsilə aparılır. Bitcoin əvəzinə isə həmin avtomobilin sahibi digər kriptovalyutaların yığılmasını planlaşdırır. Əgər videokartların hər biri 150 vat enerji sərf etsə, batareyaya olan yüklənmə 2.4 kilovat olacaq. Beləliklə ferma bir sutka ərzində 57.6 kilovat saat enerji sərf edəcək. Bu isə Tesla Model S ilə 280 km yol qətt etmək deməkdir. Rəqəmlər böyük olsa da, real gəlir o qədər də böyük deyil. Bu cür ferma vasitəsilə ikinci ən məşhur kriptovalyuta olan Ethereum-un mining-i zamanı gün ərzində yalnız 0.05 efir əldə etmək olar. İndiki məzənnəyə görə isə bu, 22$-dan bir qədər azdır.
    Paylaş
    Bənzər xəbərlər