Reklam
Tesla-nın 25.000$-a satılacaq ən büdcəli elektromobilinin prototipi artıq hazırdır

Tesla-nın 25.000$-a satılacaq ən büdcəli elektromobilinin prototipi artıq hazırdır

Texnologiya
13.08.2021 PAYLAŞIM

    Çin bloqlarında ortaya çıxmış məlumata əsasən Tesla şirkətinin 25.000$ qiymətində olacaq ən büdcəli elektromobilinin prototipi artıq şirkətin Şanxaydakı dizayn mərkəzində yaradılıb və hal hazırda testlərdən keçir. Potensial olaraq Tesla-nın ən büdcəli elektromobili artıq bu ilin sonunda şirkətin Çindəki zavodunda istehsal prosesinə keçid edə bilər. Keçən ilin sentyabr ayında Musk bildirmişdi ki, Tesla yaxın 3 il ərzində tamamilə yeni elektromobili bazarda təqdim edəcək və onun qiyməti 25.000$ təşkil edəcək. Daha sonra Musk öz tweet-lərində bildirmişdi ki, yeni elektromobilin yaradılması tapşırığı şirkətin Şanxaydakı dizayn mərkəzinə ötürülə bilər.

    Çindən olan mənbələrin məlumatlarına əsasən Tesla şirkəti özünün ən büdcəli elektromobilini artıq yaradıb və hətta onun istehsalı üçün lazım olan komponentlərin istehsalçılarını da təyin edib. Lakin elektromobilin tez zamanda istehsalat prosesinə keçidi mümkün olmayacaq. Məsələ burasındadır ki, yeni elektromobil yeni formatda olan batareyalar əsasında qurulub və həmin batareyaların istehsalatında problemlər yaşanır. Tesla üçün 4680 formatlı yeni batareyaların istehsalı ilə LG Energy Solution, Samsung SDI Panasonic şirkətləri məşğul olmağa hazırdırlar.


    Lakin onlar tərəfdən yeni formatlı batareyaların irimiqyaslı istehsalına yalnız 2023-cü ildə start verilə bilər. Batareya çatışmazlığı səbəbilə Tesla artıq Semi yük maşınının və Cybertruck pikapının irimiqyaslı istehsalını 2022-ci ilə təxirə salmağa məcbur olub. Qeyd etmək lazımdır ki, Tesla özü üçün yeni formatlı batareyaların istehsalını Berlindəki zavodunda reallaşdırmağı planlaşdırır. Lakin bir sıra bürokratik problemlər səbəbilə Berlindəki zavodun bu ilin sonuna kimi işə düşəcəyinə zəmanət yoxdur. Çox güman ki, Berlindəki zavod ilə bağlı problemin həlli özünü 2022-ci ildə tapacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..


Samsung bazardakı ən kiçik piksellərə sahib yeni 200 MP-lik kamera sensorunu təq..

Samsung şirkəti mobil kameralar üçün nəzərdə tutulmuş yeni 200 MP-lik kamera sensorunu təqdim edib...


iPhone 13 Pro Max - kamera testləri - detallı icmal (VIDEO)

Yadınızdadırsa, Apple-ın yeni iPhone 13 seriyası təqdim olunanda hələ Azərbaycana gəlməmiş hər 4 cih..


MediaTek flaqman smartfonlar üçün yeni Dimensity 9000+ prosessorunu təqdim edib..

MediaTek şirkəti flaqman smartfonlar üçün nəzərdə tutulmuş yeni Dimensity 9000+ prosessorunu təqdim ..


Apple yaxın gələcəkdə artırılmış reallıq cihazını təqdim edə bilər..

Apple şirkətinin yaxın gələcəkdə qarışıq reallıq (AR + VR) cihazını satışa çıxardacağı barəsində məl..


Həvəskar blogger PS5-in 20 mm-lik qalınlığa sahib qeyri-rəsmi Slim versiyasını y..

İstifadəçilərin bir hissəsinin PS5-i aldığı, digər hissəsinin isə PS5 Slim ilə PS5 Pro-nu gözlədiyi ..

×