Tesla-nın avtopilot sistemi gözlənildiyi kimi yüksək səviyyəli olmayacaq

Tesla-nın avtopilot sistemi gözlənildiyi kimi yüksək səviyyəli olmayacaq

Texnologiya
10.03.2021 PAYLAŞIM

    Görünür, Elon Musk-ın avtomobillər üçün 5-ci səviyyəli avtopilot sisteminin hazırlanması planları gecikəcək. Belə ki, Tesla şirkəti təsdiqləyib ki, hal hazırda və hətta uzunmüddətli perspektivdə şirkətin elektromobillərində olan kompüter ilə yolların izlənməsi sistemləri tam avtonom səyahət üçün yaramırlar. Elon Musk-ın son illər ərzində Tesla elektromobillərində təkmilləşdirimiş avtopilot sisteminin işə salınacağı bəyanatlarına baxmayaraq görünür, bu baş verməyəcək.

    Musk-ın sözlərinə əsasən avtopilot sistemini 3 mərhələli inkişaf üzrə qiymətləndirmək lazımdır: Tam avtonom səyahət, sürücünün iştirakını vacib etməyən funksionallıq və nizamlayıcı orqanları sistemin lazımi səviyyədə etibarlı və təhlükəsiz olduğuna inandıracaq imkanlar. Bir neçə gün bundan öncə Tesla şirkətinin Kaliforniya ştatının nizamlayıcı orqanlarına göndərmiş olduğu məktubda qeyd edilib ki, “tam avtonom sürücülük sistemi” adına baxmayaraq şirkətin texnologiyası hələ ki, sürücünün iştirakı olmadan elektromobilin idarəsi imkanını yaratmır.


    Şirkətin aktual avtopilot sistemi SAE 2 səviyyəsindədir. Bu cür avtopilot sistemi isə sürücünün daimi nəzarətini tələb edir. Baxmayaraq Tesla 5-ci səviyyəli avtopilot sisteminin bu ilin sonuna kimi işə salmağı planlaşdırır, görünür, yaxın illər ərzində tam avtonom sistemli elektromobillərin işə salınmasını gözləmək lazım deyil. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×