Reklam
Tesla-nın elektromobillərində olacaq yeni nəsil prosessor indiki modeldən 21 dəfə daha güclü olacaq

Tesla-nın elektromobillərində olacaq yeni nəsil prosessor indiki modeldən 21 dəfə daha güclü olacaq

Texnologiya
23.08.2020 PAYLAŞIM

    Yeni nəsil Tesla Full Self-Driving avtopilot sistemi barəsində məlumat ortaya çıxıb. Belə ki, Tesla, Hardware 4.0 prosessorunun yaradılması üçün Tayvanın TSMC şirkəti ilə birləşib. Həmin prosessor yeni Tesla elektromobillərində avtonom sistemlərin idarəsi üçün istifadə olunacaq. Şirkət 7 nanometrlik prosessora keçid edəcək. Prosessorun özü isə foto və videonu Hardware 3.0 modelindən 21 dəfə daha sürətli emal edəcək və 2 ildən sonra təqdim olunacaq. Bu barədə Electrek saytı xəbər verib.

    Məlumata əsasən sözügedən layihədə Tesla, Broadcomm və TSMC şirkətləri iştirak edirlər. Mühəndislərdən ibarət xüsusi qrup avtomobillərdə yüksək performanslı hesablama prosesləri üçün nəzərdə tutulmuş prosessor üzərində çalışır. Hal hazırda Tesla elektromobillərində olan Hardware 3.0 prosessoru Samsung tərəfindən istehsal olunur. Hardware 4.0 modeli isə TSMC şirkəti tərəfindən istehsal olunacaq. Belə ki, TSMC şirkəti 7 nanometrlik prosessorların istehsalı məsələsində yetəri təcrübəyə sahibdir.


    Çox güman ki, yeni prosessor Tesla elektromobillərində 2022-ci ilin ortasında quraşdırılacaq. İnsayderlər bildiriblər ki, Hardware 4.0 prosessoru sürücüyə yardım üzrə aparıcı sistemlər və avtopilot sistemi üçün lazım olacaq. Hal hazırda bu funksiyaları Hardware 3.0 yerinə yetirir. Hardware 4.0 prosessorunun texniki özəlliklərinə gəldikdə isə onun barəsində məlumat çox azdır. Artıq məlumdur ki, o, foto və video emalını Hardware 3.0-dan fərqli olaraq 21 dəfə daha tez yerinə yetirəcək və daha çox enerji sərfiyyatını tələb edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..


Samsung bazardakı ən kiçik piksellərə sahib yeni 200 MP-lik kamera sensorunu təq..

Samsung şirkəti mobil kameralar üçün nəzərdə tutulmuş yeni 200 MP-lik kamera sensorunu təqdim edib...


iPhone 13 Pro Max - kamera testləri - detallı icmal (VIDEO)

Yadınızdadırsa, Apple-ın yeni iPhone 13 seriyası təqdim olunanda hələ Azərbaycana gəlməmiş hər 4 cih..


MediaTek flaqman smartfonlar üçün yeni Dimensity 9000+ prosessorunu təqdim edib..

MediaTek şirkəti flaqman smartfonlar üçün nəzərdə tutulmuş yeni Dimensity 9000+ prosessorunu təqdim ..


Apple yaxın gələcəkdə artırılmış reallıq cihazını təqdim edə bilər..

Apple şirkətinin yaxın gələcəkdə qarışıq reallıq (AR + VR) cihazını satışa çıxardacağı barəsində məl..


Həvəskar blogger PS5-in 20 mm-lik qalınlığa sahib qeyri-rəsmi Slim versiyasını y..

İstifadəçilərin bir hissəsinin PS5-i aldığı, digər hissəsinin isə PS5 Slim ilə PS5 Pro-nu gözlədiyi ..

×