Logo
    main-post-cover

    Tesla-nın Optimus robotları yaxın gələcəkdə şirkət daxilində çalışmağa başlayacaqlar

    Elm & Texnologiya
    23.07.2024
    Emil
        Tesla şirkəti elektromobillər ilə yanaşı Optimus adlı insanabənzər robotların hazırlanması ilə də məşğul olur. Lakin elektromobillərdən fərqli olaraq robotlar hələ kütləvi şəkildə istehsal edilmir və onların kütləvi şəkildə satışları reallaşdırılmır. Bununla belə Elon Musk-ın sözlərinə əsasən Optimus robotlarının praktiki istifadəsi mövzusunda inkişaf əldə edilib. O bildirib ki, ilk növbədə sözügedən robotların Tesla şirkəti daxilindəki iş proseslərinə inteqrasiya edilməsi nəzərdə tutulub.
               Daha sonra isə Tesla öz robotlarını digər şirkətlərə satmağı planlaşdırır. Musk bildirib ki, şirkət 2025-ci ildə məhdud sayda robot istehsal edəcək və onlar yalnız şirkət daxili iş proseslərində istifadə üçün nəzərdə tutulacaqlar. Digər şirkətlər üçün müxtəlif model robotların istehsalı və satışları 2026-cı il üçün planlaşdırılır. Qeyd etmək lazımdır ki, Tesla ilk dəfə Optimus robotunu 2022-ci ildə təqdim etmişdi. Həmin vaxtda məlumat verilmişdi ki, sözügedən robotun qiyməti 20 000$ təşkil edir. Lakin robotun gələcək versiyalarının da bu qiymətə satılıb-satılmayacağı bilinmir.
    Paylaş