
Tesla-nın Optimus robotu rəqs etməyi öyrənib (VİDEO)
Elm & Texnologiya
13.05.2025
Emil
Elon Musk-ın siyasi fəallığı onun bütün fikirlərini zəbt etməyib, çünki o, hələ də Tesla şirkətinin layihələrinə vaxt ayırmağı bacarır. Bu layihələrdən biri də Optimus adlı insanabənzər robotun yaradılmasıdır. Optimus robotunun ikinci nəsil prototiplərdən biri rəqs etməyi öyənib. Musk bu barədə videonu da yayımlayıb. Musk-ın özünün sosial şəbəkəsi olan X-də paylaşdığı qısa videoda Tesla Optimus robotunun prototipi eyni anda həm əlləri, həm də ayaqları ilə ritmik hərəkətlər edir və hətta tarazlığını itirmədən mürəkkəb addımlar zamanı yerindən tullanır.
Arxa planda görünən təhlükəsizlik qayışı robotu dik vəziyyətdə saxlamaq üçün istifadə edilmir - sadəcə yıxılma halı üçün ehtiyat tədbiri olaraq orada sərbəst şəkildə asılı vəziyyətdə qalır. İkinci nəsil Optimus robotları ilk dəfə 2023-cü ilin dekabr ayında nümayiş etdirilmişdi və o vaxtdan bəri proqram təminatı baxımından təkmilləşdirilməyə davam edir. Elon Musk-ın sözlərinə görə, videodakı bu rəqs edən model rəqs hərəkətlərini təcrübə və səhvlər üzərində qurulan təkmilləşmə (lreinforcement earning - RL) üsulu ilə öyrənib. Bu metod optimal nəticələrə nail olmaq üçün sınaq və səhvlərin kombinasiyasına əsaslanır. Musk-ın əvvəlki vədinə əsasən, gələn ilin sonunda bu cür bir robot SpaceX-in Starship kosmik gəmisilə Marsa göndərilməlidir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
