Tesla'nın yeni rəqibi: Porsche Mission E

Tesla'nın yeni rəqibi: Porsche Mission E

Texnologiya
08.10.2017 PAYLAŞIM

Avtomobil istehsalçıları elektrikli vasitə işlərinə davam edərkən, 2015 Frankfurt Motor Show-da təqdim olunan və bazara çıxışı ilə Teslanı olduqca çətinə salması gözlənilən Porsche Mission E ilk dəfə yollarda göstərildi.Avtomobil anlayışı ilə inteqrasiya olunan Porschenin ilk elektrikli vasitəsi olaraq bazara çıxacaq olan Mission E-nin xüsusilə qiyməti və idman dizaynı ilə Tesla qarşısında avtomobil həvəskarlarına böyük bir üstünlük təqdim etməsi gözlənilir.

Porsche CEO-su Oliver Blume ötən ay Car Magazine ilə etdiyi müsahibə zamanı, 2019-ci ildə satışa təqdim edilməsi planlaşdırılan vasitənin, 85.000 dollarlıq bir başlanğıc qiymətinə sahib olacağını açıqladı.


Panamera və 918 modellərin bir qarışığı olaraq dizayn edilmiş avtomobil, elektrik mühərrikləri sayəsində 3,5 saniyədən az bir müddətdə 0-100 km-ə çatacaq.

Mission E-nin saatda 250 km sürətə çata biləcəyi qətilik qazanarkən, bir dəfə şarj edilməsi ilə 500 KM mənzil təqdim etməsi uzun səfərlərdə böyük bir üstünlük təqdim edir.Gövdəsi alüminium, polad və karbon lif qarışığından istehsal edilən vasitənin ən diqqət çəkici xüsusiyyəti isə, batareyasını yüzdə 80% səviyyəsinə qədər doldurmaq üçün yalnız 15 dəqiqə şarj etməyə ehtiyac var.

Mission E üçün şirkətin əsas mərkəzi olan Stuttgart-da elektrikli vasitə istehsal fəaliyyətləri üçün 700 milyon dollar xərcləyən və 1400 yeni işçisi tərkibinə qatan Porsche, bu sahədə yeni investisiyalar etməyə davam edir.

919 Hybrid modelindən ilham alan və elektrikli avtomobillər arasına idman dizaynı ilə daxil ediləcək olan Mission E qarşısında, son dövrdə Model 3-ün istehsalında yaşanan gecikmələr ilə gündəmə gələn Teslanın atacağı addım indidən böyük bir maraq mövzusu halına gəldi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×