
Tesla Optimus-dan yeni video: Havada ona atılan topu belə tuta bilir!
Elm & Texnologiya
29.11.2024
Aslan
Tesla, insanabənzər robot modeli Optimus üçün yeni bir video yayımlayıb. Videoda robot, ona atılan tennis topunu praktik şəkildə tuta bilir.
Tesla-nın CEO-su Elon Musk da bu paylaşımı diqqətdən qaçırmayıb. Tesla Optimus-un rəsmi X hesabında yayımlanan videonu sitat gətirən Musk, "Tesla Optimus, şəxsi C-3PO və RD-D2-nizə sahib olmaq kimi olacaq" deyə qeyd edib. Qeyd edək ki, C-3PO və RD-D2, Star Wars kainatındakı robotlardır. Tesla Optimus-un yayımladığı videoya baxdıqda bu dəfə robotun əl hərəkətlərinə diqqət çəkildiyini görürük. Tesla-nın insanabənzər robotu videoda ona atılan tennis topunu olduqca praktik şəkildə tutur.
Video təsirli görünsə də, bunun nə qədər real olduğu hələ bəlli deyil. Xatırlayan oxucularımız olar, Tesla bir neçə ay əvvəl Optimus-un bacarıqlarını nümayiş etdirdiyi bir tədbir keçirmişdi. Lakin sonradan ortaya çıxan məlumatlara görə, robotların insanlar tərəfindən idarə edildiyi müəyyən edilmişdi.
Paylaş
Ən çox oxunanlar

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
