Logo
    Tesla Optimus robotunun yeni bacarığı sərgilənib (VİDEO)

    Tesla Optimus robotunun yeni bacarığı sərgilənib (VİDEO)

         Tesla şirkətinin Optimus adlı robotunun ikinci versiyası olan Optimus Gen 2 köynəkləri səliqəli şəkildə qatlamaq bacarığını öyrənib. Elon Musk robotun bu bacarığını əks etdirən videonu təqdim edib və robot barəsində əlavə məlumatlar verib. Musk-ın sözlərinə əsasən Optimus robotu nəticə etibarilə bu və buna bənzər digər tapşırıqları avtonom şəkildə yerinə yetirə biləcək. Robotun hal-hazırda sərgilədiyi imkanlar öncədən düşünülmüş və proqramlaşdırılmış imkanlardır. Bununla belə sərgilənən bu imkanlar robotun bədən konstruksiyasının necə yaxşı çalışdığını göstərirlər. Musk-ın sözlərinə əsasən Tesla yaxın zamanda Optimus robotlarını öz istehsalat proseslərində istifadə edə bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Tesla Optimus robotunun yeni bacarığı sərgilənib (VİDEO)