main-post-cover

    Tesla Optimus robotunun yeni versiyasını sərgiləyib (VİDEO)

    Elm & Texnologiya
    13.12.2023
    Emil Nəcəfov
         Hələ sentyabr ayında Tesla şirkəti özünün Optimus adlı robotunda reallaşdırılmış yenilikləri sərgiləmişdi. İndi isə Elon Musk heç gözlənilmədən sözügedən robotun ikinci nəslini sərgiləyən videonu təqdim edib. Videodan belə qənaətə gəlmək olar ki, Tesla mühəndisləri robotun hazırlanması mövzusunda olduqca irəliləyiblər. Optimus Gen 2 adını əldə etmiş yeni robota baxan zaman ilk öncə onun birinci nəsil Optimus ilə müqayisədə daha səliqəli xarici görünüşü nəzərə çarpır. Bununla yanaşı Optimus Gen 2-nin çəkisi 10 kq daha azdır.
         Təkmilləşdirilmiş konstruksiya hesabına robotun sürəti 30% artıb. Robotun bədən hərəkətləri də axıcı və səliqəli olublar. Əllərdə və barmaqlarda olan təzyiq sensorları sayəsində robot ətrafındakı obyektlərlə daha diqqətli şəkildə davranır. Tesla mühəndisləri həmçinin robotun ayaqlarını da yeniləyiblər. Nəticədə Optimus Gen 2-nin ayaqları insan ayaqlarına bənzəyir. Yeni robotun boyun oynağı iki səviyyəli azadlığı əldə edib. Nəticədə robotun baş hissəsi daha rahat şəkildə hərəkət edir. Ümumilikdə isə robotun hərəkətləri əsl insanın hərəkətlərini xatırladır. Optimus-un kommersiya məqsədli versiyasının nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Tesla 25 000$ qiymətində elektromobil istehsal etməyə çox yaxındır
    tesla-25-000-qiymetinde-elektromobil-istehsal-etmeye-cox-yaxindir
    Tesla Cybertruck-ın interyerinin fotoları ortaya çıxıb
    tesla-cybertruck-in-interyerinin-fotolari-ortaya-cixib
    Birinci nəsil Tesla Roadster-in texniki dokumentasiyası açıq mənbə şəklində paylaşılıb
    birinci-nesil-tesla-roadster-in-texniki-dokumentasiyasi-aciq-menbe-seklinde-paylasilib