Tesla Optimus-un təkmilləşdirilmiş versiyası özünə bənzər robotları yığmağı öyrənib (VİDEO)

Tesla Optimus-un təkmilləşdirilmiş versiyası özünə bənzər robotları yığmağı öyrənib (VİDEO)

Texnologiya
03.03.2023 PAYLAŞIM

    Keçən il Tesla şirkəti Tesla AI Day tədbiri çərçivəsində Optimus adlı robotunu təqdim etmişdi. İndi isə şirkət investorlar üçün keçirilmiş Investor Day adlı tədbirdə bu insana bənzər robotun bir qədər təkmilləşdirilmiş versiyasını sərgiləyib. Təkmilləşdirilmiş Optimus bədən hərəkətlərini daha dəqiq şəkildə reallaşdırmağı, digər Optimus robotları ilə koordinasiyalaşmağı və özünə bənzər robotları yığmağı öyrənib. Tesla tərəfindən təqdim edilmiş videoda iki ədəd robot bir-biri ilə əlaqəli şəkildə müxtəlif alətlərdən istifadə edərək üçüncü robotu yığırlar.


    Optimus-un sahib olduğu software hardware tərəfi barəsində məlumat verən zaman Elon Musk qeyd edib ki, hal hazırda bazarda heç kim bu cür texnologiyalara sahib deyil. Belə ki, Tesla mühəndisləri robotun konstruksiyasında olan vacib elementləri fərdi şəkildə hazırlayıblar. Musk bildirib ki, Tesla-nın robototexnika sahəsi şirkətin ənənəvi biznesinin çox az anlaşılan bir hissəsidir və o, yetəri qədər qiymətləndirilmir. Onun sözlərinə əsasən uzunmüddətli perspektiv baxımından bu sahə şirkətin avtomobil biznesindən daha baha ola bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×