Logo
    main-post-cover

    Tesla Roadster-in kosmosda yerini real zamanda göstərən sayt yaradılıb

    Elm & Texnologiya
    19.02.2018
    Emil
    Mühəndis Ben Pearson Whereisroadster.com adlı sayt yaradıb.
        Bu sayt vasitəsilə real zaman ərzində kosmosa buraxılmış Tesla Roadster avtomobilinin yerini izləmək olar. Bu barədə The Verge saytı xəbər verib. Saytda həmçinin avtomobilin vəziyyəti haqqında tam məlumat (onun sürəti, Mars və Yer kürəsindən olan məsafəsi) əks olunub. Saytın yaradılması üçün mühəndis reaktiv hərəkətlər laboratoriyasının məlumatlarını istifadə etmək üçün NASA ilə razılığıa gəlib. Avtomobilin kosmosdakı yerini izləməkdən əlavə olaraq sayt həmçinin növbəti 2 ildə olacaqların proqnozlarını verir. Beləliklə saytın proqnozuna əsasən avtomobil 7 Oktyabr 2020-ci il tarixində Mars planetinə maksimal dərəcədə yaxın olacaq.

    Paylaş
    Bənzər xəbərlər