
Tesla Roadster Marsdakı bioloji həyatı məhv edə bilər
Elm & Texnologiya
01.03.2018
Emil
Amerikalı alimlər xəbərdarlıq ediblər ki, Elon Musk tərəfindən kosmosa göndərilmiş Tesla Roadster avtomobili Mars planetindəki bioloji həyatı məhv edə bilər.
Yer kürəsi, atmosfer və planetlər
üzrə elmlər ilə məşğul olan professor Jay Melosh bildirib ki, sözügedən
avtomobil xüsusi sanitariya proseslərindən keçməyib və nəticədə Mars planetinə
Yer kürəsinin bakteriyalarını göndərə bilər. Həmin bakteriyalar isə vakuumda məhv
olmaq əvəzinə sadəcə olaraq uzunmüddətli yuxuya gedəcəklər.
“Əgər Marsda bioloji həyat mövcuddursa, onda o, Yer kürəsinin bakteriyaları ilə qarışmaq riski ilə qarşı-qarşıyadır. Yer kürəsinin nümayəndələri Mars şəraitinə adaptasiya ola bilərək onu ələ keçirdə biləcəklərmi? Bu halda biz Mars planetinin hansı biosferaya sahib olduğunu bilməyəcəyik” – deyə Melosh bildirib.
Professor
həmçinin bildirib ki, avtomobilin xarici tərəfdən sanitariya proseslərindən keçməsinə
baxmayaraq onun mühərriki çirkli olaraq qalacaq. O güman edir ki, ekstremal
temperatur, aşağı təzyiq və kosmik radiasiyaya baxmayaraq Yer kürəsinin
bakteriyaları məhv olmurlar. Onlar sadəcə olaraq yuxuya gedirlər və Mars
planetində müəyyən şəraitlər altında yuxudan oyana bilərlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
