Tesla səhmdarları Elon Musk üçün yeni maaş sistemini təsdiqlədilər

Tesla səhmdarları Elon Musk üçün yeni maaş sistemini təsdiqlədilər

Texnologiya
22.03.2018 PAYLAŞIM

    Elektromobil istehsalı ilə məşğul olan Tesla şirkətinin səhmdarları Elon Musk üçün 10 illik təzminat paketi proqramını təsdiq etdilər. Bu təzminat paketi növbəti 10 ildə Musk-a 55 milyard dollardan çox gəlir gətirə bilər. Bu barədə CNBC saytı xəbər verib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkət səhmdarları Musk üçün xüsusi təzminat proqramını təqdim etmişdilər. Həmin proqrama əsasən Musk yaxın gələcəkdə şirkətdəki maaşından azad ediləcək və şirkətin bazar qiymətinin yüksəlməsindan asılı olaraq şirkət səhmləri qismində təzminat əldə edəcək.

    Beləliklə səhmdarlar şirkətin hal-hazırki 53 milyard dollarlıq bazar qiymətini 650 milyard dollara yüksəltməyə çalışacaqlar. Şərtlərə əsasən növbəti 10 il ərzində ona təzminat şirkət səhmləri şəklində ödəniləcək. Bu isə öz növbəsində 12 tranşın yerinə yetirilməsi müqabilində reallaşdırılacaq. Hər bir tranş şirkətin hazırki səhm sayının 1%-nə bərabər olacaq. İlk tranşı Musk şirkətin bazar qiymətinin 100 milyard dollar təşkil edəcəyi vaxt əldə edəcək. Növbəti ödəmələr isə şirkətin bazar qiymətinin hər dəfə 50 milyard dollar yüksəlməsi ehtimalında ödəniləcək.


    Beləliklə öz təzminat ödənişini tam şəkildə almaq üçün Musk şirkətin bazar qiymətini 650 milyard dollara çatdırmalıdır. Formal olaraq təsdiq olunmuş təzminat vəsaiti şirkətin hal-hazırki səhm qiyməti əsasında 2.6 milyard dollara bərabərdir. Lakin hədəfdə olan bütün məqsədlərin yerinə yetirilməsi və şirkətin bazar qiymətinin yüksəlməsi halında Musk-ın sərvəti 10 il ərzində 55.8 milyard dollar yüksələ bilər. Hal-hazırda Forbes jurnalı onun sərvətini 20 milyard dollardan bir qədər çox qiymətləndirir. Bundan əlavə olaraq razılaşmaya əsasən Musk vəsait qismində mükafatı yalnız onun növbəti 10 ildə şirkətin CEO vəzifəsində qalacağı halında alacaq. Qeyd etmək lazımdır ki, bu cür razılaşma onunla hələ 2012-ci ildə də bağlanmışdı. Həmin vaxtda Musk bütün qoyulmuş məqsədləri yerinə yetirmiş və şirkətin bazar qiymətini 17 dəfə yüksəltmişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..


Neyrointerfeys köməyi ilə fikir gücü sayəsində ekzoskelet idarəsini reallaşdırma..

Şimali Karolina Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış neyrointerfeysin effektiv çalış..


40 il yaşı olan Commodore 64 kompüteri 10$ dəyərində bitcoini neçə ilə mayninq e..

Həvəskar şəxslərdən biri 40 il bundan öncə satışa çıxmış Commodore 64 adlı kompüteri bitcoin mayninq..

×