
Tesla Semi-nin güclü sürətini əks etdirən video yayılıb
Elm & Texnologiya
23.02.2018
Emil
Elon Musk keçən il Tesla Semi yük maşınını təqdim edərkən onun inanılmaz özəllikləri barədə məlumat vermişdi.
Lakin bir çoxları yük maşınının bu
cür özəlliklərə sahib olacağına inanmamışdı və Musk-ın bu bəyanatlarını sadacə
olaraq reklam hiyləsi hesab etmişdi. Lakin artıq Tesla Semi-nin dəlisov gücünü
sübut edən yeni faktlar ortaya çıxmağa başlayır. Bu barədə Electrek saytı xəbər
verib. Belə ki, internetdə Tesla Semi ilə əlaqəli video yayılıb.
Həmin videoda
tamamilə elektriklə çalışan Tesla Semi tez bir zamanda yerindən güclü sürət
yığmağa başlayır. Yük maşını ləng şəkildə San Fransisko-nun hansısa ümumi
yolunda hərəkət edirdi. Lakin birdən o, saatda 25 mil göstərici nişanının
yanında tez bir zamanda sürətini artırmağa başladı. Qeyd etmək lazımdır ki,
hal-hazırda “Tesla” bu yük maşınının gələn il istehsal prosesinə başlamazdan
öncə əməkdaşlıq etdiyi şirkətlərlə test proqramı keçirdir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
