Tesla şirkəti 2019-cu ilin ikinci rübündə olmuş rekord satışlardan danışdı

Tesla şirkəti 2019-cu ilin ikinci rübündə olmuş rekord satışlardan danışdı

Texnologiya
03.07.2019 PAYLAŞIM

    Bu ilin ikinci rübündə Tesla şirkəti öz müştərilərini 95.000-dən çox avtomobil ilə təchiz edib. Beləliklə şirkət 2018-ci ilin dördüncü rübündə təchiz edilmiş 90.000-lik avtomobil rekordunu yeniləyib. Bu barədə Bloomberg saytına istinadən Vc.ru saytı xəbər verib. Tesla şirkətinin rekord göstəricisi barəsində verilmiş xəbərin fonunda şirkətin səhm qiymətləri 7.1% yüksəlib. Nəticədə şirkətin bir səhmi 224.5$-a satılır. Ümumilikdə bu ilin əvvəlindən şirkətin səhmləri 33% düşüb.

    FactSet adlı konsaltinq şirkətinin məlumatına əsasən Tesla-nın yeni nəticəsi analitiklərin gözləntilərindən daha yuxarı olub. Belə ki, analitiklər Tesla-nın öz müştərilərini 91.000-dən az avtomobil ilə təchiz edəcəyini gözləyirdilər. Bu cür yüksək göstəricinin böyük hissəsi məhz Model 3 elektromobil modelinin üzərinə düşür. Belə ki, şirkət öz müştərilərini 77.000 ədəd Model 3 ilə təmin edib. Yerdə qalanlar isə Model X ilə Model S modelləridir.

Bənzər xəbər



    Şirkət öz müştərilərini 17.000 ədəd Model X və Model S elektromobilləri ilə təmin edib. Rüb üzrə şirkət 87.000 avtomobil istehsal edb. Bu ilin ikinci rübünə daxil olmayan 7000 avtomobil üçüncü rüb göstəricisinə daxil ediləcək. Tesla-nın məqsədi il ərzində 360-400.000 avtomobil istehsal etməkdir. Bu cür göstəricini bu ilin sonuna kimi əldə etmək üçün şirkət hər rüb ərzində 100.000-dən çox avtomobil istehsal etməlidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×