Tesla şirkəti 5-ci səviyyəli avtopilot sisteminin beta versiyasını işə salmağa hazırlaşır

Tesla şirkəti 5-ci səviyyəli avtopilot sisteminin beta versiyasını işə salmağa hazırlaşır

Texnologiya
13.10.2020 PAYLAŞIM

    Keçən ay keçirilmiş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk bildirmişdi ki, Tesla şirkəti 5-ci səviyyəli avtopilot sisteminin istifadəyə verilməsinə hazırdır. İndi isə Elon Musk sözügedən avtopilot sisteminin beta versiyasına nə zaman start veriləcəyini açıqlayıb. Bu barədə Engadget saytı xəbər verib. Tesla elektromobilləri birinci il deyil ki, avtopilot sistemi ilə təchiz olunurlar. Lakin indiyənə kimi sözügedən sistem sürücü üçün nəzərdə tutulmuş assistent rolunda çıxış edib və avtonom rejimdə çalışmayıb.

    Şirkətin verdiyi məlumata əsasən yeni Full Self-Driving paketi elektromobili fərdi şəkildə tam idarə edə bilir. Lakin buna baxmayaraq elektromobil daxilində qanunvericiliyə əsasən sürücü olmalıdır. Beləliklə Musk qeyd edib ki, Full Self-Driving paketinin məhdud beta test mərhələsi 20 oktyabr tarixində bir sıra sürücülər üçün istifadəyə veriləcək. Tesla yenə də qeyd edir ki, hal hazırda mövcud olan avtopilot sisteminin işə salınması ehtimalında da sürücü öz diqqətini yola yönəltməli və ona nəzarət etməlidir. Bunu avtopilot sistemi də sürücüdən aktiv tələb edir. Bununla yanaşı şirkət bildirib ki, daimi sistem yenilənmələri sayəsində avtopilot funksiyasının imkanları genişləndiriləcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk, Marsda peyk interneti yaratmağı planlaşdırır

Elon Musk, Mars planetinin fəth olunması üçün böyük planlar hazırlamaqla məşuldur.


Analitiklər elektromobillərin qiymətlərinin nə zaman düşəcəklərini açıqlayıblar..

Analitiklərin hesablamalarına əsasən elektromobillərin nəqliyyat bazarındakı payı bu il 10% gələn il..


Ümumilikdə 3.5 milyon km yol qətt etmək imkanı: Tesla üçün yeni növ litium-ion b..

Tesla üçün yeni növ batareya üzərində çalışan alimlər öz tədqiqatlarının son nəticələrini təqdim edi..


GMC şirkəti elektrikləşdirilmiş Hummer EV pikapını təqdim edib - QİYMƏTİ..

ABŞ-ın GMC şirkəti elektromühərrik ilə təchiz olunmuş Hummer EV modelini təqdim edib.


Microsoft şirkəti SpaceX ilə birlikdə kosmik peyklər əsasında bulud şəbəkə yarad..

Kosmik peyklər əsasında bulud şəbəkənin yaradılması üçün Microsoft şirkəti SpaceX ilə birlikdə partn..


Xiaomi şirkəti 80 vatt gücündə olan yeni sürətli naqilsiz şarj texnologiyasını t..

Xiaomi şirkəti Çində 80 vatt gücündə olan Wireles Charging Technology adlı yeni sürətli naqilsiz şar..

×