'Tesla' şirkəti, avtomobil sənayesini necə dəyişdi?

'Tesla' şirkəti, avtomobil sənayesini necə dəyişdi?

05.08.2017 PAYLAŞIM

29 İyul tarixində Elon Musk, yeni Model 3 avtomobilinin təqdimatını keçirtdi və bu seriyanın bir neçə avtomobilini ilk alıcılara təqdim etdi. Bu təkcə “Tesla” üçün deyil, həmdə bütün avtomobil sənayesi üçün böyük hadisədir. Beləliklə Elon Musk-ın şirkəti bütövlükdə avtomobil sənayesini dəyişdirdi.

Avtopilot idarəetməsi:


2015-ci ilin Oktyabr ayında “Tesla” şirkəti ilk dəfə olaraq avtopilot sistemini təqdim etmişdi. Həmin vaxtda Elon Musk, insanları diqqətli olamağa çağırmışdı. Belə ki, bu cür səviyyədə olan avtopilot sistemi ilk dəfə şirkətin avtomobilinə əlavə olunurdu. Musk bildirmişdi ki, çox güman ki, bəzi istifadəçilər onun sözlərinə qulaq asmayacaq və öz əllərini sükandan çəkəcəklər. Beləliklə o, insanların nəzərinə çatdırdı ki, bunu etməyi məsləhət görmür. Sanki Elon Musk hər şeyi öncədən görmüşdü. Belə ki, təqdimatdan bir neçə gün sonra YouTube-da bununla bağlı videolar peyda olmağa başladı. Həmin videolarda insanların sanki tamamilə avtopilot sisteminin, idarəetməyə hakim olduğu avtomobildə əyləşdikləri əks olunmuşdu. Bəzi hallarda bu cür hadisələr, dəhşətli sonluqla bitir. Bu cür videolar onu sübut etdi ki, insanlara yeni və güclü texnologiya veriləndə onlar özlərini axmaq kimi apara bilirlər. Ən əsası isə bu hadisə, avtomobil sənayesinin hansı səmtə doğru getmək lazım olduğunu göstərdi. Təbii ki, həmin vaxtda bütün dünya tamamilə funksional avtopilot sistemini görmədi. Həmin avtopilot sisteminin əsas funksiyası, Autosteer idi. Sözügedən funksiya, avtomobilin yola çıxmasından sonra onun, seçilmiş yol xəttində qalmasına yardımçı olur, sürəti idarə edir və digər avtomobillər ilə olan məsafəyə nəzarət edirdi.

Avtopilot sistemli avtomobillər təkcə Silikon Vadisinin “ağıllı” şəxsləri tərəfindən ağızdolusu danışılan elmi bir təcrübə deyil. Bu, avtomobillərin gələcəyidir və Elon Musk, həmin gələcəyin adi insanlar tərəfindən hiss edilməsinə şərait yaratdı. Avtopilot sisteminin ilk dəfə peyda olmasından sonra digər böyük avtomobil istehsalçıları öz avtomobillərində yarıavtomatlaşdırma və ya tamamilə avtopilot sisteminin reallaşdırılacağını elan etdilər. Məsələn, General Motors” şirkəti, Cadillac CT6 modelinə Super Cruise sistemini əlavə etdi, Mercedes-Benzşirkəti, Drive Pilot, Nissan”, ProPilot sistemlərini yaratdılar. Hətta “Audi” şirkəti qeyd etdi ki, yeni A8 modeli, 3-cü səviyyəli avtopilot rejiminə sahib olacaq. Bunlar yalnız bir neçə nümunələrdir. Tesla Model 3-ün satışa çıxmasından sonra belə bir sual yarandı: Avtopilot sistemi necə inkişaf edəcək? Keçən il “Tesla” şirkəti, kompüterləşdirilmiş görmə qabiliyyəti sistemi üzərində çalışan Mobileye adlı startap ilə əməkdaşlığı dayandırdı və özünün avtopilot sisteminin yaradılmasına qərar verdi. Daha sonra Elon Musk, bütün Tesla avtomobillərinin avtopilot sisteminə sahib olacağını bildirdi. Tesla Model 3-ün təqdimatında deyilənlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, şirkət öz avtopilot sistemini təkmilləşdirdi və əlavə ödəniş vasitəsilə həmin sistemi avtomobildə aktiv etmək mümkündür. Yaxın gələcəkdə bu cür sistem  bir çox nəqliyyat vasitələri üçün standart halına gələcək. Mütəxəssislərin fikrincə artıq 2020-ci ildə biz, yollarda yarıavtonom və ya tamamilə avtonom sistemli avtomobilləri görə biləcəyik. Lakin həmin sistemə sahib avtomobili irimiqyaslı istehsalata cəlb edən şirkət məhz “Tesla” oldu.

Elektromobillik:

Avtopilot sistemi, bir çox avtomobil istehsalçılarını, özlərinin yarıavtonom sistemi hazırlamağa məcbur etdi. Elon Musk-ın səyləri, elektromobilləri irimiqyaslı istehsalata cəlb etmək baxımdan bu sənayeyə eyni təsiri göstərir. Tesla Model  SX avtomobillərinin uğuru, şirkətin, 56 milyard dollar qiymətində dəyərləndirilməsi, avtomobil sənayesinin hansı yol üzrə inkişaf edəcəyini anlamağa imkan verir. “Tesla”nın bir sıra rəqibləri, elektrik sisteminə keçid ideyasını o dərəcədə mənimsədilər ki, hətta bu baxımdan onlar “Tesla”nı da geridə qoydular. Məsələn, “General Motors”, Model 3-ün satışa çıxmasından bir neçə ay öncə özünün Chevy Bolt adlı elektrik avtomobilini təqdim etdi. Hər halda Elon Musk-ın əlində bir sıra sürprizlər var. Çox güman ki, o bu 2 elektrik avtomobilin bir dəfə şarj olunma ilə nə qədər məsafə qətt edəcəyini müqayisə edəcək.


Keçən il “Tesla” bildirmişdi ki, onun avtomobili, 346 km-dən çox yol qətt edə biləcək. Lakin nə qədər çox? Chevy Bolt, 384 km yol qətt etmək bacarığına sahibdir. Elektrik avtomobilinin baza modeli üçün bu cür məsafə yüksək göstəricidir. Lakin çətinki Elon Musk, rəqibin onu keçməsinə imkan versin. Analitiklərin verdikləri məlumatlara əsasən 2040-cı ilə kimi dünyada satılacaq avtomobillərin 54%-i elektriklə çalışacaq. Bir neçə gün bundan öncə Fransanın ətraf mühitin qorunması işinə baxan naziri bildirmişdi ki, həmin vaxta kimi ölkə, yanacaq ilə çalışan avtomobillərə qadağa qoyacaq. Bu cür ideyanı həmçinin İngiltərə də dəstəklədi. Bununla yanaşı “Volvo” şirkəti, 2019-cu ilə kimi qazla çalışan avtomobillərin satışını dayandıracağını bildirdi. Hamı “Tesla”dan nümunə götürür.

Dizayn:

İndiki gündə bir çox büdcəli elektrik avtomobillərinə baxdıqda görmək olar ki, onların dizaynları heçdə cəlbedici deyil. Onların çoxu qəribə dizayn özəlliklərinə sahib kvadrat şəkilli hatchback-lərdir. Heç bir elektrik avtomobili, Model S kimi eleqant deyil və Model X qədər təəccübləndirmir. Yeni Model 3-ü, “Tesla”nın 3 model avtomobili sırasında ən eybəcəri adlandırırlar. Bununla belə cəlbedici olmayan dizayn bir çoxlarını qorxutmadı və onlar özləri üçün bu modeli almaq xatirinə 1000$-dan çox vəsait ödədilər. Elektrik avtomobilləri öz inkişaflarının hələ ilkin mərhələsindədirlər. Buna görə də bu sahənin hələ yuxarı qalxacağı vaxtlar qabaqdadır. Keçən il elektrik avtomobilləri, ABŞ-da satılmış bütün avtomobillərin cəmi 1%-ni təşkil etdi. Bir neçə müddət bundan öncə 2600 amerikalı arasında aparılmış sorğu nəticəsində məlum oldu ki, onların 60%-i hələ də elektrik avtomobillərinin varoluşundan ümumiyyətlə xəbərsizdir.


Bir çoxları isə bu cür avtomobillərin uzun məsafə qətt etmələrinə və onların hər zaman şarj məntəqələrini tapa biləcəklərinə şübhə ilə yanaşırlar. Əgər elektrik avtomobili ilk istehsal edən “Ford” və ya “Nissan” olsaydı, onda insanlar onun barəsində belə ağızdolusu danışardılarmı? Məhz “Tesla”, elektrik avtomobilləri belə əla və arzuolunan etdi. Nəqliyyat vasitəsini, təkərlərə sahib planşetə çevirən “Tesla”, öz avtomobilləri ilə rəqib məhsulları müqayisə etməyə, alıcıları məcbur etdi. Nəticədə isə insanlar “Tesla” məhsulunu əldə etmək üçün uzun növbələrə dayanmağa başladılar. Tesla avtomobilinin daxili interyerinə nəzər yetirdikdə həmin dəqiqə “Apple” şirkəti yada düşür. İndiyənə kimi heç bir avtomobil istehsalçısı öz avtomobilində mərkəzi cihaz panelini, 17 inç-lik planşetə əvəz etməyə risk etməmişdi. Belə ki, həmin avtomobil istehsalçıların çiyinləri arxasında əsrlər boyu dayanan ənənələr var. “Tesla, bu cür texnologiyaların inkişafda deyil, əsas yer tutan bir vaxtda yarandı” – deyə The Verge saytının jurnalisti qeyd edib.

Proqram təminatı:


“Tesla” öz avtomobillərinin proqram təminatını, naqilsiz şəbəkə vasitəsilə yeniləyir. Beləliklə sənayenin digər təmsilçiləri, bu şirkəti keçməkdə çətinlik çəkə bilər və onların texnologiyaları köhnələ bilər. Məsələn, Tesla Model S, 5 il bundan öncə satışa çıxıb və həmin vaxtdan bəri yalnız bəzi avtomobillər öz sistemlərini Wi-Fi vasitəsilə yeniləyirlər. Klassik avtomobil istehsalçıları, dilerlərdən və vasitəçilərdən asılıdır. “Tesla” isə insanlara avtomobilləri özü birbaşa satmağa üstünlük verir. Texniki xidmət baxımından vasitəçilərə güvənmək əvəzinə şirkət, avtomobildə bu və ya digər problemi aradan qaldıra biləcək sistem yenilənməsini özü təqdim edə bilər.

Gələcək:

“Tesla”, Silikon Vadisinin, avtomobil sənayesində necə vacib rol oynadığını göstərmək də vacib faktor kimi çıxış etdi. Belə ki, “Tesla”nın yaranmamasından öncə Silikon Vadisində yalnız bir neçə startap bu sahədə fəaliyyət göstərirdi. İndi isə hər bir neçə aydan bir “Tesla”nın “potensial” rəqibi ortaya çıxır. Faraday Future, Lucid Motors, NextEV və digər startaplar, Elon Musk-ın strategiyası üzrə getməyə çalışırlar. Onlar lüks səviyyəli elektrik avtomobilləri yaradır və istifadəçi bazası yığırlar. Daha sonra bütün vəsaitləri, kütləvi bazarda böyük imperiya qurmaq üçün xərcləyirlər. Elon Musk-ın özü bu səviyyəyə hələ yalnız bir qədər yaxınlaşıb. Onun, elektrik avtomobilləri sahəsində irimiqyaslı istehsalat prosesi baxımından uğur qazanıb-qazanmayacağı bir çox faktorlardan asılıdır. Məsələn, onun şirkətinin, kütləvi istehsalat səviyyəsini qaldırıb qaldırmayacağından.


“10 il bundan öncə Tesla-nı yaratmağımızın məqsədi dəyişilməz olaraq qalır. Ekoloji nəqliyyatın yaranmasına start vermək üçün biz qısa zaman ərzində elektrik avtomobillərini kütləvi bazara çıxarmaq iztəyirik” – deyə Elon Musk, 2013-cü ildə bildirmişdi. Musk qeyd etmişdi ki, bizim indi “Tesla”nı gördüyümüz vəziyyətə gətirmək üçün o, çox böyük zaman və güc sərf edib. “Bizim ilk məhsulumuz belə bir böyük uğuru qazana bilməzdi. Çünki biz həmin vaxtda heç vaxt avtomobil istehsalı ilə məşğul olmamış və irəli zamanda böyüməyə imkanı olmayan bir startap idik” – deyə Elon Musk bildirib. Elon Musk, sıfırdan yeni avtomobil brendinin yaranmasının mümkün olmadığı mifini tamamilə məhv etdi. Daha sonra o bu sənayeni elə dəyişdi ki, həmin sənaye onun gələcək haqqında konsepsiyasına qulaq asmağa başladı. Sözügedən sənayeni ardınca aparıb-aparmayacağı isə növbəti bir neçə ay ərzində baş verəcəklərdən və yeni Tesla Model 3 haqqında rəylərdən asılı olacaq. Hyperloop və yeraltı tunellər o qədər də vacib deyillər. Əsas vacib olan, Model 3 ilə nə baş verəcəyini izləməkdir. Belə ki, məhz bu avtomobil, gələcəyin necə olacağını bizə göstərəcək.

Mənbə: www.Theverge.com (Andrew J. Hawkins)

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×