Tesla şirkəti avtopilot sistemli taksilərin yaradılması üçün süni zəka startapını aldı

Tesla şirkəti avtopilot sistemli taksilərin yaradılması üçün süni zəka startapını aldı

Texnologiya
02.10.2019 PAYLAŞIM

    Tesla şirkəti avtonom idarəetmə sahəsindəki tədqiqatlarını davam edir. Bu yolda şirkət DeepScale adlı startapı alıb. Bu startap nəqliyyat növləri üçün computer vision sistemlərinin hazırlanması sahəsində fəaliyyət göstərir. Gözləntilərə əsasən bu startap Tesla şirkətinin avtopilot sistemli elektromobillərini yeni səviyyəyə qaldıracaq. Bu barədə Techcrunch saytı xəbər verib. DeepScale startapının təsisçilərindən biri olan Forrest Iandola öz Twitter hesabında qeyd edib ki, o, Tesla Autopilot komandasına qoşulur.

    DeepScale isə öz növbəsində baha olmayan sensor və prosessorlara sahib neyroşəbəkədən effektiv istifadə üsulunu hazırlayıb. Qeyd etmək lazımdır ki, hal hazırda şirkətin istehsal etdiyi avtomobillər SAE (Society of Automotive Engineers) assosiasiyasının avtopilot klassifikasiyasının ikinci səviyyəsinə aid edilir. 4-cü səviyyə isə avtomobildən sükan və pedallar olmadan pilotsuz lokal taksi kimi istifadə etməyi əks etdirir.


    Hələ bu ilin əvvəlində Elon Musk bildirmişdi ki, o, 2020-ci ilə kimi irimiqyaslı pilotsuz taksi şəbəkəsini yaradacaq. Onun sözlərinə əsasən hal hazırda olan Tesla elektromobilləri tam avtonom şəkildə idarəetmə üçün bütün imkanlara sahibdirlər. Bununla yanaşı şirkət öz elektromobil modellərinə faydalı funksiyaları əlavə etməyə davam edir. Buna misal olaraq Smart Summon texnologiyasını gətirmək olar. Onun vasitəsilə istifadəçi öz Tesla modelini dayanacaq yerindən avtopilot sayəsində özünə çağıra bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..

×