Tesla şirkəti bu ilin üçüncü rübünü təmiz gəlir ilə bitirib

Tesla şirkəti bu ilin üçüncü rübünü təmiz gəlir ilə bitirib

Texnologiya
24.10.2019 PAYLAŞIM

    Tesla şirkəti 2019-cu ilin üçüncü rübünü 143 milyon dollar dəyərində olan təmiz gəlir ilə yekunlaşdırıb. Bir çox analitiklər gözləyirdilər ki, şirkət rübü vəsait itkiləri ilə bitirəcək. Bu barədə Bloomberg saytı xəbər verib. Üçüncü rübdə şirkətin gəliri 6.3 milyard dollar təşkil edib. Keçən ilin üçüncü rübündə isə şirkət 6.8 milyard dollar əldə etmişdi.

    Şirkətin gəliri 2012-ci ildən başlayaraq ildən-ilə aşağı düşməyə başlayıb. Sonuncu dəfə şirkət rüb gəlirini 2018-ci ilin dördüncü rübündə əldə etmişdi. Həmin vaxtda bu göstərici 139 milyon dollar idi. 2019-cu ilin ilk 3 ayı ərzində şirkətin vəsait itkiləri 702 milyon dollar təşkil etdi. İkinci rübdə isə bu göstərici 408 milyon dollara düşdü.


    Şirkət bu ilin üçüncü rübündə gəlirin əldə olunmasını əməliyyat xərclərinin azaldılması ilə əlaqələndirib. Belə ki, şirkətin əməliyyatlar üzrə xərcləri Model 3 elektromobilinin istehsalat startı vaxtından ən aşağı səviyyədədir. Bu il isə şirkət əsasən müəyyən sayda işçilərini ixtisara salıb və xərclər üzrə ciddi nəzarəti təmin edib. Maliyyə nəticələrinin təqdim olunması zamanı şirkət bir sıra yeni məlumatlar da verib. Həmin məlumatlar aşağıdakı kimidir:

- Şirkətin hesabında olan pul qalıqları və pul ekvivalentləri 2018-ci ilin üçüncü rübü ilə müqayisədə 80% yüksəlib. Azad pul axını isə 371 milyon dollar təşkil edir.

- Üçüncü rüb elektromobil istehsalı ilə onların alıcılara çatdırılması üzrə rekord göstəricilər sərgiləyib. Belə ki, şirkət 96.000 elektromobil istehsal edib və 97.000 elektromobili alıcılara çatdırıb.

- Şanxayda inşa edilən Gigafactory zavodu nəzərdə tutulmuş qrafikdən öndədir. Həmin zavodda artıq elektromobillərin test yığımına start verilib.

- Model Y adlı krossover üzərində işlər də nəzərdə tutulduğundan daha sürətli gedir. Bu elektromobilin irimiqyaslı istehsal startı 2020-ci ilin payız fəsli üçün planlaşdırılırdı. Lakin istehsalata yay fəslində start veriləcək.

- 2020-ci ildə məhdud sayda Tesla Semi yük maşınının buraxılması planlaşdırılır.

- 2021-ci ildə isə Avropada inşa ediləcək Gigafactory zavodunun istifadəyə verilməsi planlaşdırılır. Zavodun harda inşa edilməsi barəsində məlumat daha sonra veriləcək.

    Ümumiikdə investorlar şirkətin üçüncü rüb nəticələrini müsbət qarşılayıblar. Bu səbəbdən şirkətin səhm qiymətləri 20% yüksəlib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..


Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib..

Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. ..


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..

×