Tesla şirkəti Çində Gigafactory 3 zavodunun inşasına start verib (VİDEO)

Tesla şirkəti Çində Gigafactory 3 zavodunun inşasına start verib (VİDEO)

Texnologiya
19.12.2018 PAYLAŞIM

    Şanxayda olacaq zavod yüksək sürətlə tikiləcək. ABŞ ilə olan ticarət müharibəsi səbəbilə Çin hökuməti ölkəyə gətirilən elektromobil modellərinə 40%-lik vergi tətbiq edib. Bu səbəbdən Tesla şirkəti Çində olduqca tez zamanda zavoda ehtiyac duyur. Bu barədə Electrek saytı xəbər verib. Dron vasitəsilə çəkilmiş videodan da görmək olar ki, zavod üçün artıq lazımi ərazi ayrılıb və orada Gigafactory 1 böyüklüyündə zavod yerləşə bilər. Videoda həmçinin yüklərin boşaldılması ilə məşğul olan yük maşınları əks olunublar.

    Tesla şirkəti Model 3 elektromobili üçün olan bəzi detalların istehsalatını artıq gələn ildə normaya salmağı planlaşdırır. Sözügedən zavodda elektromobillərin kütləvi istehsalı isə bir neçə ildən sonra start götürəcək. Şanxayda olacaq Gigafactory 3 zavodu Elon Musk-ın ən iddialı layihələrindən biridir. Çin ərazisində zavodun inşa edilməsi üçün Elon Musk ilkin mərhələdə bir çox diplomatik məsələləri həll etməli oldu. Adətən Çin hökuməti yerli şirkətlərlə əməkdaşlıq halında lazımi şəraiti yaradır. Lakin Musk texnologiyaların oğurlanmasından qorxurdu. Buna görə də o, Çindən hansısa şirkət ilə əməkdaşlıq etmədəm tək başına zavodu inşa etmək hüququnu əldə etdi.

Bənzər xəbər



    Beləliklə tam istehsalat potensialına sahib olandan sonra Gigafactory 3 zavodu Çin bazarı üçün ildə 500.000 elektromobil istehsal edəcək. Tesla və ümumilikdə avtomobil sahəsi üçün bu çox böyük göstəricidir. Məsələn keçən il Tesla şirkəti alıcılara 101.300 ədəd elektromobil təqdim etmişdi. Bu il isə şirkət həftədə 5000 ədəd elektromobil istehsal etmək üçün səylə çalışdı. Bununla yanaşı Gigafactory 2 zavodu dünyada olan istənilən avtomobil istehsalçısından daha çox batareya istehsal edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×