Tesla şirkəti dünyanın 5-ci ən güclü superkompüterini yaradıb

Tesla şirkəti dünyanın 5-ci ən güclü superkompüterini yaradıb

Texnologiya
23.06.2021 PAYLAŞIM

    Tesla şirkəti öz superkompüterini yaradıb. Şirkətin sözlərinə əsasən onun superkompüteri dünyanın 5-ci ən güclü superkompüteridir. Yaradılmış superkompüterin əsas məqsədi isə avtopilot sisteminin təkmilləşdirilməsi üçün neyron şəbəkələrinin təlimatlandırmaqdır. Bu superkompüter Tesla Dojo adlı layihənin bir hissəsinə çevrilib. Sözügedən layihənin bu ilin sonuna kimi yekunlaşdırılması gözlənilir. Tesla artıq son bir neçə ildir ki, Dojo layihəsi üzərində çalışır. Bu layihə çərçivəsində şirkət daha zəif texniki özəlliklərə sahib 2 ədəd superkompüter modeli yaradıb.


    Yaradılmış yeni superkompüterin hesablama klasterinin tərkibinə 720 düyün daxildir və hər bir düyün 8 ədəd qrafik proessordan ibarətdir. Bu isə ümumilikdə 5760 ədəd qrafik prosessor edir. Superkompüterin hesablama gücü 1.8 ekzaflops təşkil edir. Onun NVMe yaddaşlarının ümumi həcmi isə 10 PB (petabayt) təşkil edir. Sözügedən NVMe yaddaşların pik oxuma sürətləri saniyədə 1.6 TB-dır (terabayt). Bundan əlavə olaraq məlum olub ki, Elon Musk Tesla superkompüterindən digər şirkətlərin istifadəsini də mümkün etməyi planlaşdırır. Bu halda həmin şirkətlər Tesla superkompüteri vasitəsilə özlərinin neyron şəbəkələrini təlimatlandıra biləcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×