Tesla şirkəti ilin sonuna kimi öz elektromobillərini yeniləyəcək

Tesla şirkəti ilin sonuna kimi öz elektromobillərini yeniləyəcək

Texnologiya
08.07.2019 PAYLAŞIM

    Yenilənmə təkcə kompüterlərə deyil həmçinin digər ağıllı eletronikalara da tətbiq olunur. Tesla şirkətinin CEO-su Elon Musk istifadəçilərin suallarına cavab verən zaman bildirib ki, şirkət özünün Model S, Model XModel 3 elektromobil modellərinin çiplərini yeniləməyə başlayacaq. Perspektiv cəhətdən bu cür yenilənmə istifadəçilərin tamamilə avtopilot sistemini əldə edəcəklərinə yol aça bilər. Bu barədə Techcrunch saytına istinadən 4pda saytı xəbər verib.


Bənzər xəbər


    Musk-ın sözlərinə əsasən şirkətin elektromobil modellərində çiplərin dəyişdirilməsinə bu ilin dördüncü rübündə start verilməlidir. Daha öncə Musk bildirmişdi ki, bu cür yenilənmə, qiyməti 6000$ təşkil edən Full Self-Driving avtonom idarəetmə sistemini özündə birləşdirən proqram paketini almış alıcılar üçün pulsuz şəkildə reallaşdırılacaq. Güman olunur ki, gələcəkdə elektromobil sahibləri fiziki idarəetmədən tamamilə imtina edə biləcəklər.

    Sadəcə olaraq elektromobilə yekun təyinat nöqtəsini daxil etmək kifayət edəcək. Bu ilin aprel ayında Tesla tərəfindən təqdim olunmuş yeni çip bu cür nəticənin əldə olunmasında əsas rolu oynayır. Bu ilin mart ayından başlayaraq yeni Model X ilə Model S modelləri həmin çip ilə təchiz olunurlar. Aprel ayından başlayaraq isə həmin çip yeni Model 3 elektromobil modellərinə quraşdırılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×