main-post-cover

    Tesla şirkəti özünün tətbiqlər mağazası üzərində çalışır

    Elm & Texnologiya
    08.02.2022
    Farid Pardashunas
        Ortaya çıxmış yeni məlumatlara əsasən Tesla şirkəti özünün tətbiqlər mağazası üzərində çalışır. Onun sayəsində Tesla elektromobillərinin sahibləri öz elektromobillərinə müxtəlif tətbiqləri yükləyə biləcəklər. Bu bir növ Google Play Store App Store kimi platformalardan tətbiqlərin yüklənmələrinə bənzəyəcək. Tesla-nın öz tətbiqlər mağazası üzərində çalışması barəsində ilk məlumatlar hələ keçən ilin dekabr ayında ortaya çıxmışdı. Həmin vaxt şirkət öz elektromobilləri üçün nəzərdə tutulmuş yeni istifadəçi interfeysini təqdim etmişdi və istifadəçilər aşkar etmişdilər ki, interfeysin aşağı hissəsində ayarlana bilən ikonlar paneli mövcuddur. Bunun sayəsində istifadəçilər belə qənaətə gəldilər ki, Tesla özünün tətbiqlər mağazası üzərində çalışır.
        İnternetdə hətta məlumat yayılmışdı ki, Elon Musk Tesla-nın tətbiqlər mağazasını yanvar ayının sonunda şirkətin maliyyə nəticələrini elan edən zaman anons edəcək. Lakin bu, baş vermədi. İndi isə bu məsələdə marağı Tesla-nın investoru olan Sawyer Merritt yüksəldib. Belə ki, sözügedən investor öz Twitter hesabında vaxtı ikən Steve Jobs-un təqdim etmiş olduğu App Store-un təqdimat videosunu paylaşıb. Videonun təsvirində investor qeyd edib ki, son zamanlar buna bənzər platformanın T hərfi ilə başlayan avtomobil brendində də istifadəyə veriləcəyi barəsində məlumatlar gəzir. Digər bir məlumata əsasən isə Tesla tətbiqlər mağazası üzərində 2021-ci ilin may ayından çalışır və onu Tesla Cybertruck-ın satışa çıxmasından öncə istifadəyə verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər