main-post-cover

    Tesla şirkəti yeni elektromobilin yaradılmasına hazırlaşır

    Elm & Texnologiya
    14.08.2020
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Tesla-nın CEO-su Elon Musk bildirmişdi ki, şirkət 2 yeni elektromobil yaratmağı planlaşdırır. Yeni məlumat sızıntısına əsasən isə şirkət artıq həmin elektromobillərin üzərlərindəki işlərə başlayıb. Bu barədə Gagadget saytı xəbər verib. Tesla-nın Çin şöbəsi Weibo sosial şəbəkəsində bir sıra yeni vakansiyaları paylaşıb. Onların arasında dizayner üzrə menecer, kreativ menecer, baş avtomobil dizayneri, CMF (Content Manager Framework) menecer, CMF üzrə mütəxəssis, dizayn keyfiyyəti üzrə mütəxəssis, kontent menecer, videoqraf və s. kimi vakansiyalar var.
        Bütün bu vakansiyalarda çalışacaq şəxslər Çində qlobal bazar üçün yeni Tesla elektromobilinin yaradılmasında iştirak edəcəklər. Qeyd etmək lazımdır ki, Çində olan Tesla zavodları yalnız lokal bazar üçün elektromobil istehsalı ilə məşğul olurlar. Tesla-nın yeni elektromobilləri barəsində heç bir məlumat yoxdur. Məlum olan odur ki, həmin modellərdən biri kompakt ölçüyə sahib olacaq və o, 2023-cü ildən tez təqdim olunmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər