Tesla şirkəti yeni nəsil Supercharger şarj stansiyasını təqdim etdi (VİDEO)

Tesla şirkəti yeni nəsil Supercharger şarj stansiyasını təqdim etdi (VİDEO)

Texnologiya
07.03.2019 PAYLAŞIM

    Tesla şirkəti Kaliforniyadakı baş ofisində keçirtdiyi xüsusi tədbir çərçivəsində 3-cü nəsil Supercharger şarj stansiyasını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim olunmuş yeni şarj stansiyası bəzi Model 3 elektromobil modellərini 250 kilovatt sürətlə şarj etməyə qadirdir. Şirkətin verdiyi məlumata əsasən bu üsulla 5 dəqiqə ərzində şarj edilmiş Model 3 elektromobil modeli 120 km yol qətt etməyə qadirdir.

    Təəssüflər olsun ki, bu cür şarj prosesi gücü Model S ilə Model X elektromobil modellərinə aid edilməyəcək. Çünki sözügedən elektromobillər tamamilə fərqli konstruksiyalı batareyalara sahibdirlər. Şirkət yeni şarj stansiyalarında ilk öncə 120 kilovatt-a kimi limit qoyacaq. Lakin elektromobillərdəki proqram təminatı yenilənməsindən sonra bu limit göstəricisi yüksələcək. Limit göstəricisinin nə qədər yüksələcəyi barəsində heç bir məlumat yoxdur.

Bənzər xəbər



    Supercharger V3 şarj stansiyasından əlavə olaraq şirkət həmçinin On-Route Battery Warmup texnologiyasını da təqdim edib. Bu texnologiya xüsusi alqoritmlər vasitəsilə şarj prosesinin müddətini 25% aşağı salmaq üçün nəzərdə tutulub. Təqdim olunmuş yeni şarj stansiyası artıq Kaliforniyanın Frimont şəhərində quraşdırılıb. Lakin ondan hələki yalnız bəzi istifadəçilər istifadə edə bilərlər. ABŞ-dan kənarda Supercharger V3 şarj stansiyası bu ilin dördüncü rübündə işıq üzü görəcək. Onu da qeyd etmək lazımdır ki, şirkət hal hazırda Model Y adlı krossover elektromobil modelinin təqdimatına hazırlaşır. Yeni elektromobil 14 mart tarixində təqdim olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×