
Tesla və Neuralink birgə kibernetik protezlər hazırlaya bilərlər
Elm & Texnologiya
24.07.2023
Emil
Tesla-nın bu ilin ikinci rübü üzrə olmuş maliyyə nəticələrinə həsr edilmiş konfrans çərçivəsində Elon Musk bildirib ki, Tesla onun Neuralink startapı ilə birgə kibernetik protezlərin hazırlanması ilə məşğul ola bilər. Bu cür kibernetik protezlər öz bədənlərinin müəyyən hissələrinin amputasiya edildiyi insanlara yardımçı ola bilərlər.
“Neuralink implantını robotlaşdırılmış əl və ya ayaqla birləşdirərək onu ələ və ya ayağa sahib olmayan insana təqdim etmək. Düşünürəm ki, biz, insanlara inanılmaz imkanlara sahib kiborq bədənini təqdim edə bilərik” - deyə Musk qeyd edib. Musk-ın bu iki şirkəti bu cür iddialı layihənin reallaşdırılması prosesindən hələ çox uzaqdır. Tesla özünün insana bənzər robotu üzərində hələ 2021-ci ildə çalışmağa başlamışdı və robota adi hərəkətləri etməyə imkan verəcək robotlaşdırılmış hissələrin hazırlanmasında ilk addımları atmaq prosesindədir. Neuralink isə öz beyin implantının insanlar üzərində testlərinə icazəni hələ may ayında əldə edə bilmişdi.
Paylaş
Bənzər xəbərlər