main-post-cover

    Tesla yaxın zamanda özünün istehsalı olan yeni növ batareyalara keçid edəcək

    Elm & Texnologiya
    23.09.2020
    Farid Pardashunas
        Tesla-nın aktual olan elektromobilləri Panasonic istehsalı olan batareyalar ilə təchiz olunurlar. Lakin yaxın zamanda bu vəziyyət dəyişəcək. Belə ki, Tesla investorları ilə görüş zamanı Elon Musk elan edib ki, şirkət öz elektromobilləri üçün batareyaları fərdi şəkildə istehsal edəcək. Musk-ın fikrincə bu cür qərar istehsalat xərclərini azaltmağa və bir neçə ildən sonra elektromobilləri daha ucuz qiymətə satmağa imkan verəcək. Bu barədə The Verge saytı xəbər verib.
        Musk-ın sözlərinə əsasən elektromobillərin maya dəyərlərinin aşağı salınmasında təkcə fərdi batareya istehsalı deyil həmçinin yeni batareya növünün konsepsiyası da yardımçı olacaq. Güman olunur ki, şirkət tərəfindən hazırlanmış yeni enerji elementi şirkət üçün kilovatt saat (batareya bloklarının həcmlərinin ölçülməsində istifadə olunan elektroenerji vahidi) qiymətini aşağı salacaq.
        Bir sıra analitiklərin fikirlərinə əsasən istehsalat prosesi xərclərinin azaldılması həqiqətən də Tesla elektromobillərini daha əlçatan edəcək. Musk-ın verdiyi məlumata əsasən Tesla tərəfindən hazırlanmış yeni batareya növü 6 dəfə daha güclü olacaq və şirkət elektromobillərinin 16% daha çox yol qətt etmələrinə şərait yaradacaq. Musk onu da qeyd edib ki, Tesla-nın yeni növ batareyasının istehsalı üçün nəzərdə tutulmuş təchizat hazırlanma mərhələsindədir və fərdi batareyaların irmiqyaslı istehsalat tarixi daha sonra elan ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər