
Tesla yenilənmiş Optimus robotlarını təqdim edib (VİDEO)
Elm & Texnologiya
11.10.2024
Emil
Tesla şirkəti Cybercap adlı pilotsuz taksi və Robovan adlı pilotsuz mikroavtobusdan əlavə olaraq özünün Optimus robotlarının yeni versiyalarını təqdim edib. Yenilənmiş Optimus robotları gündəlik həyatda müxtəlif tapşırıqları necə yerinə yetirdiklərini sərgiləyiblər. Elon Musk-ın sözlərinə əsasən Optimus istənilən tapşırığı yerinə yetirə bilər. Buna misal olaraq ev heyvanlarının gəzintiyə çıxarılmasını, bitkilərin sulanmasını, uşaqlara nəzarəti və s. gətirmək olar. Musk bildirib ki, uzunmüddətli perspektivdə Optimus-un qiyməti 20 000-30 000$ təşkil edəcək. Təqdimat tədbiri çərçivəsində qonaqlara içkilərin süzülməsi prosesini məhz Optimus robotları yerinə yetiriblər. Musk-ın sözlərinə əsasən Optimus insan sivilizasiyası üçün fundamental transformasiya rolunu oynayacaq. O bildirib ki, robotlar böyük həcmdə istehsal olunacaq.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
