Texnologiya nəhəngi 'Samsung'un bu ilki yeni QLED TV-si nələr vəd edir?

12.03.2018 0 PAYLAŞIM 496 OXUNMA

   "Samsung"un yeni smart televizoru ətraf mühitə buqələmun kimi uyğunlaşır.

Cənubi Koreyanın texnologiya nəhəngi ötən çərşənbə günü 2018-ci il üçün nəzərdə tutduğu QLED TV-ni təqdim etmişdi.

   TV-nin ən diqqət çəkən xüsusiyyəti ətraf mühitin rənglərinə uyğun davranmasıdır. Bu xüsusiyyət üçün Mühit Rejimi funksiyası var. Yeni TV seriyasının evin dizaynı ilə vəhdət təşkil etməsini təmin edən bu Mühit Rejimi (Ambient) istifadəçilərin televizor izləmədiyi anlarda ondan yararlanmasına hesablanıb. Belə ki, televizor işlək olmadıqda siz yaşadığınız şəhərdəki yolların vəziyyəti, hava proqnozu və bir sıra vacib xəbərlər barədə məlumat ala bilər, həmçinin musiqi dinləyə bilərsiniz.    Rejimi aktivləşdirmək üçün uzaqdan idarəetmə cihazında xüsusi bir düymə var. SmartThings tətbiqiylə işləyən asan qurulma xüsusiyyəti yeni TV-nin hazır vəziyyətə gətirilməsi üçün sərf olunan vaxtı xeyli azaldır. Yeni Universal Guide rejimi isə asan menyusu sayəsində istifadəçilərin onlayn əməliyyatlarla TV kanalları arasında sürətli keçidini təmin edəcək. 2018 QLED TV-nin rəsmi qiyməti hələ ki, açıqlanmayıb. Televizorlar bu ayın sonlarından etibarən satışa çıxarılacaq. Bu, şirkətin TV ilə ev mühitini qarışdırdığı ilk məhsulu deyil. Belə ki, "Samsung" şirkəti keçən il işlək olmadığı zaman mücərrəd dizaynlar və ağ-qara şəkillərdən ibarət çərçivəli sənət əsərinə oxşar formada dizayn etdiyi Frame TV-ni tanıtmışdı.

   "Samsung" kimi digər şirkətlər də texnoloji məhsullarını ev dizaynı ilə mümkün qədər uyğunlaşdırmağa çalışırlar.