main-post-cover

    `Texnologiyanın bütün imkanlarını rədd edən Amishlər təriqəti`

    08.07.2017
    Orxan Jafarli
    Dünya 21-ci əsri yaşayarkən, texnologiya nəhəngi Amerikanın mərkəzində mühafizəkar və irəli dərəcədə təvazökar bir həyat yaşanır.

    Amishlər olaraq bilinən və bağlı olduqları məzhəbin tələblərinə görə yaşayan bu birlik elektriksiz, traktorsuz və internetsiz bir həyatı yaşayırlar.
    Dünya onları heyrətlər içərisində izləyir; amma istər bəyənin istərsə də bəyənməyin, onlar müasir həyatı, tərzləriylə tənqid edirlər.

    Amerikada yaşayan, texnologiyanın bütün imkanlarını rədd edən bir xristian təriqəti olan Amishlər hər zaman  üçün maraq mövzusu olmuş bir birlikdir.
    Amishlər 1525-ci ildə İsveçrədə ortaya çıxıblar. Amerikanın 19 ştatında bu məzhəbin üzvlərinə rastlamaq mümkündür.
    Ən çox yaşadıqları yer Pensilvaniyadır. Amerika daxilində yaşayan Amish sayının 1 milyon olduğu təxmin edilir.

    Ümumiyyətlə bir-birinə yaxın yaşamağı seçirlər. Kameranı, fotoaparatı görüncə isə ən azından 'qaçırlar'.
    Amish Avropada 18-ci əsrdə bu həyat tərzlərinə görə zülm və işgəncə görüncə Amerikaya köç etmişlər. Hətta onların nəvələrinə bu yeni ölkələrdə Pensilvaniya Dutch-ları deyilirmiş.
    Daha sonraları Ohio, digər daxili əyalətlərə və Kanadaya köç ediblər . Ən mühafizəkar olanları paltarlarında düymə yerinə budaq və çəngəl istifadə edənlərdir. Onların paltarları köhnə Avropa stillərində bənzəyir. Dini mərasimlər evdə olur və təriqətin kişi üvzləri saqqal saxlayırlar.

    Təriqət xarici evliliklər ayıblanıyır və qınanır. Dövlət xidmətində işi rədd etdikləri kimi, səs vermələrdə də iştirak etmirlər və əsgərliyə getmirlər.
    The Old Order Amish (Köhnə Quruluş Amish) deyə adlandırılan ən mühafizəkar qruplarının əhalisi təxmini olaraq 80 mindir.
    Amish zaman zaman, digər geniş cəmiyyət seqmentləri ilə qarşılaşdıqlarında bəzi çətinliklər yaşayırlar.
    Amish ailələri, məktəbdə məcburi təhsilə öz həyat tərzlərini təhdid etdiyi səbəbiylə qarşı çıxırlar. Onlara görə lisey təhsili, uşaqlarının Amish ənənəsini davam etdirmələrinə mane ola bilər.

    Amerika Birləşmiş Ştatları Ali Məhkəməsinin də onların öz dinlərini sərbəst həyata hüquqları olduğuna və buna görə də məcburi təhsilə məcbur olmadıqları istiqamətində bir qərar verib.
    Amishlər təriqəti geniş əraziyə sahibdir və əkinçiliklə məşğul olurlar, əkib biçirlər; eynilə tarixdə olduğu kimi.
    Traktor heç girmir onların ərazilərinə. Çünki dinlərinə görə qadağandır. Amma mexaniki alətlər istifadə edilə bilərlər. Atın arxasına qoşulan kənd təsərrüfatı alətləri kimi.

    Avtomobil istifadə etmirlər. Motorlu vasitələr tamamilə qadağandır. Özlərini dünyaya yaxınlaşdıran hər şeyi rədd edirlər.
    Bəzi Amish ailələrində uşaq məktəbə belə göndərilmir. Kiçik uşaq, böyük ehtimalla babaları necə yaşadısa elə yaşayır.
    Üzərində yaşadığı ölkə, Amerika, texnologiyanın ən irəli ölçülərindən istifadə etsə belə təriqət texnologiyanı rədd edir.
    Qadın və qızlarda hicab taxma adəti var. Tarlada cüt sürən atalarının yanında qaçan kiçik qızlar belə hicablıdır.
    Özlərindən soruşulduğunda bunun din, ənənə və adətlərdən gəldiyini söyləyirlər.
    Evlərdə heç bir elektrik alətin olmamasının səbəbi, evlərdə elektrik olmamasıdır. Yəni soyuducu, paltaryuyan maşın, qabyuyan maşın kimi əşyaların heç birindən istifadə etmirlər.

    Televiziya onsuz da heç vaxt olmur Amishlərin evlərində. Motorlu vasitə istifadə etmədikləri üçün fərqli həll yolları tapıblar yolda sürətli irəliləmək üçün.
    Faytonlar və at arabaları onların səfərlərində istifadə etdikləri ən təməl vasitələrdir.
    Müasir dünyada ev önlərinə park edilən avtomobillərin yeri burada faytonlar əvəzləyir. Hər evin qarşısında bir fayton var.

    Qəbiristanlıqları yoxdur, ölülərini evlərinin bağçasına basdırırlar.
    Amish Hıristiyanlığında fotoşəkil və film çəkilişi tamamilə qadağandır. Ona görə kamera ya da fotoaparatı görən Amishlər dərhal həmin yerdən qaçırlar.
    Texnologiyayla təmas etməmələrinin səbəbini də dinlərinə bağlayırlar: 'Dinimizdə bunlar qadağandır' deyirlər.
    Kilsələri yoxdur. Onlara  ortaq istifadə etdikləri, nizamlı olaraq vəz dinləmək üçün getdikləri bir kilsələri olub olmadığı soruşulduğunda, evlərində özlərinə xüsusi kilsələri olduğunu söyləyirlər.
    Əhali artımı, Amishlərin  böyük ölçüdə çox uşaq dünyaya gətirmələrinə bağlanır. Amishlər ənənəvi olaraq ən az beş uşaq sahibi olurlar.

    Harrison Fordun baş rol oynadığı 1984-ci ildə çəkilən "Witness" adlı filminin ardından məşhur olan Amish birliyi, nəyi edib, nəyi etməyəcəklərini İncil üzərinə qurulan dəyərlərə hörmət əsasına söykənən özlərinə xas əxlaq və davranışlarına görə qərar verirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər