
Texnologiyanın inkişafı, lazımsız təbəqənin yaranmasına gətirib çıxardacaq. O lazımsız təbəqə hansı ki, onun nümayəndələri heç bir işə düzələ bilməyəcəklər. Təbii ki, yaşamaq üçün onlara ümumi gəlir mənbəyindən vəsait ödəniləcək. Lakin onlar həyatın mənasını virtual dünyalarda və o cümlədən kompüter oyunlarında axtarmalı olacaqlar. Bu cür proqnozu israilli tarixçi Yuval Noah Harari verib. “Homo Deus: A Brief History of Tomorrow” kimi kitabın müəllifi olan Yuval Noah Harari öz məqaləsində qeyd edib ki, gələcəkdə alqoritmlər və robotlar, insanların bütün peşələrini əllərindən alacaq. Lakin bunun əvəzində insanlara digər məşğuliyyət növləri aktiv olacaq. Onun fikrincə gələcəkdə virtual dünyaların dizayneri kimi bir peşəyə böyük tələbat olacaq. Lakin həmin peşəyə sahiblənmək hər insana nəsib olmayacaq. “Bu iş kreativlik və çeviklik tələb edəcək və hələki bilinmir ki, gələcəkdə 40 yaşlı işsiz taksi sürücüsü və ya sığorta agenti, virtual dünyaların dizayneri vəzifəsində çalışa biləcək yoxsa yox” – deyə Harari bildirib. Hətta ənənəvi peşə sahibləri yeni ixtisas növlərinə yiyələnsələr belə, dünya dəyişmək də davam edəcək. Harari əmindir ki, müəyyən müddətdən sonra istənilən mütəxəssis özünü yenidən kəşf etməli olacaq. Gələcəyin problemi, yeni iş yerlərinin yaradılmasında deyil, insanların alqoritmdən daha yaxşı görəcəkləri peşələrin yaranmasıdır. “2050-ci ilə kimi yeni lazımsız təbəqə yaranacaq. Həmin təbəqəyə təkcə işsiz adamlar deyil, mövcud olan işə yiyələnməkdə aciz qalmış insanlar da daxil olacaqlar” – deyə Harari qeyd edib.
Bunun ucbatından lazımsız təbəqə, korluq çəkməyəcək.
Texnologiyaların inkişafı, kapitalın böyüməsinə gətirib çıxardacaq. Bununla da
vətəndaşlara qeyd-şərtsiz əsas gəlirdən hər ay müəyyən miqdarda vəsait ödəniləcək.
Gələcəyin problemi pul deyil, məşğuliyyətin və məmnunluğun yoxluğu olacaq.
Harari əmindir ki, əgər insanlar hansısa işlə məşğul deyillərsə və əgər onların
konkret bir məqsədləri yoxdursa, onda onlar ağıllarını itirə bilərlər. İsrailli
tarixçinin fikrincə gələcəkdə bir çoxları öz təyinatını məhz kompüter
oyunlarında tapacaq. “İqtisadi nöqteyi nəzərdən artıq olan insanlar boş
vaxtlarının çox hissəsini üç ölçülü virtual dünyalarda keçirdəcəklər. Həmin
virtual dünyalarda onlar, real həyatdakından daha çox emosiya əldə edəcəklər” –
deyə Harari bildirib. Min illər ərzində insanlar həyatın mənasını virtual və
uydurulmuş obrazlarda axtarıblar. Harari, kompüter oyunlarını din və istehlak
ilə müqayisə edir. Məhz din və istehlak kimi anlayışlarda da insandan, müəyyən
səviyyəyə yüksəlmək üçün qaydalara riayət edilməsi və ayinlərin keçirilməsi tələb
olunur. Artıq gümüzdə bir çoxları kompüter oyunlarına görə işlərindən imtina
edir. Amerikalı iqtisadçıların tədqiqatlarına əsasən ali təhsil almamış
amerikalı kişilərin 22%-i son 12 ay ərzində bir gün olsun belə işləməyiblər.
ABŞ-ın Əmək Statistikası Bürosunun məlumatlarına əsasən son 15 il ərzində aşağı
ixtisaslı işçilərin boş zaman miqdarı həftədə 4 saata kimi yüksəlib. Bu göstəricidən
3 saatı isə kompüter oyunlarına sərf olunur. Harari güman edir ki, 2050-ci ildə
insanlar yeni oyun ssenarilərini müşahidə edəcəklər. Bu proses ya kompüter
oyunları, ya da yeni dini və ideoloji formatlarda baş verəcək. Həyatın mənası
yeni növ fəaliyyətə bağlanacaq.