Texnoloji şirkətlər öz rəhbərlərinin təhlükəsizliklərinə nə qədər vəsait xərcləyirlər?

Texnoloji şirkətlər öz rəhbərlərinin təhlükəsizliklərinə nə qədər vəsait xərcləyirlər?

Texnologiya
18.01.2019 PAYLAŞIM

    Məlum olub ki, böyük texnoloji şirkətlər təkcə yeni texnologiyaların yaradılmasına deyil həmdə öz rəhbərlərinin təhlükəsizliklərinə də külli miqdarda vəsait xərcləyirlər. Beləliklə Wired saytı son illərdə şirkətlərin bu sahəyə xərclədikləri konkret rəqəmləri öyrənib. Siyahıda ən təvazökar təmsilçilərdən biri Tim Cook-dur. Apple şirkəti onun təhlükəsizliyinə 310.000$ vəsait xərcləyib. 2017-ci ildə Alphabet holdinqinin rəhbəri kimi çalışmış Eric Schmidt-ə həmin ildə şirkət təhlükəsizlik üçün 310.000$-dan bir qədər az vəsait (296.353$) xərcləmişdi.

    Lakin Google şirkətinin CEO-su Sundar Pichai-nin təhlükəsizliyinin təmin edilməsi üçün bir qədər əlavə vəsait xərcləmək lazım gəlib. Belə ki, şirkət onun təhlükəsizliyi üçün 637.000$ vəsait ayırıb. Siyahıdakı növbəti təmsilçilərin təhlükəsizliklərinə xərclənmiş vəsaitlər milyonları keçir. Məsələn Intel şirkətinin keçmiş general direktoru Brian Krzanich-in təhlükəsizliyinə Intel şirkəti 1.1 milyon dollar xərcləyib. Amazon şirkətinin yaradıcısı və dünyanın ən varlı şəxsi olan Jeff Bezos-un təhlükəsizliyinə 1.6 milyon dollar, Oracle şirkətinin yaradıcılarından biri olan Larry Ellison-un təhlükəsizliyinə isə 1.65 milyon dollar xərclənib.

Bənzər xəbər



    İkinci yerdə Facebook şirkətinin əməliyyatlar üzrə direktoru Sheryl Sandberg qərarlaşıb. Facebook onun təhlükəsizliyinə hər il 2.6 milyon dollar vəsait xərcləyir. Birinci yeri təbii ki, Mark Zuckerberg tutub. 2017-ci ildə şirkət onun təhlükəsizliyinə 7.3 milyon dollar vəsait xərcləmişdi. Daha sonra isə onun hər il təhlükəsizliyinə xərclənən vəsait 10 milyon dollara kimi yüksəldi. Çox güman ki, bu, keçən il Cambrideg Analytica şirkəti ilə baş vermiş qalmaqal və məlumat sızıntıları ilə bağlıdır. Hər halda şirkət heç zaman Mark Zuckerberg-in təhlükəsizliyinin təmin olunması üçün vəsait xərclənməsindən boyun qaçırmayıb. Məsələn təkcə 2013-cü ildə onun təhlükəsizlyinə 2.6 milyon dollar vəsait xərclənmişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm orta büdcəli smartfonlar üçün yeni Snapdragon 778G prosessorunu təqdim ..

Qualcomm şirkəti Snapdragon 700 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 778G-d..


Starlink peyk internetinin sürəti 2 dəfə daha artıb

Reddit istifadəçilərindən biri SpaceX şirkətinin Starlink peyk internetinin yeni sürət testi nəticəl..


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..

×