main-post-cover

    The Boring Company şirkəti Las Veqasda yeraltı tunelin inşasına start verib

    Elm & Texnologiya
    19.11.2019
    Farid Pardashunas
        The Boring Company şirkəti Las Veqasdakı 80 hektar ərazini əhatə edən sərgi mərkəzində yeraltı tunelin inşasına start verib. Layihənin 2021-ci ildə yekunlaşacağı planlaşdırılır. İnşa edilən həmin yeraltı tunel 3 stansiya arasında saatda 250 km sürətlə hər saat 4400 sərnişini daşıyacaq. Tunel vasitəsilə sərnişinlərin çatdırılması 1 dəqiqə vaxt aparacaq. Bu barədə Hightech.plus saytı xəbər verib.
        Məlumata əsasən şirkətin tunel qazan təchizatı 10 metr dərinlikdə tunelin ilk hissəsinin inşası üçün işə salınıb. Bu innovasiyalı nəqliyyat vasitəsilə 80 hektar ərazini əhatə edən sərgi mərkəzinin ərazisi üzrə 1 dəqiqə ərzində səyahət etmək mümkün olacaq. Sərgi mərkəzi 3 sərnişin stansiyasından ibarət olacaq və sərgi zallarını birləşdirəcək. Həmin sərgi zalları isə 2021-ci ildə inşa ediləcəklər. Sərnişinlərin daşınılmasını isə Tesla avtomobilləri əsasında hazırlanacaq avtonom elektrikli kapsullar reallaşdıracaqlar. Tunelin 2021-ci ilin yanvar ayında yekunlaşması planlaşdırılır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər