
The Wall Street Journal bu ilki iPhone'lar barədə bəzi məlumatlar verdi
Elm & Texnologiya
11.01.2019
Emil
The Wall Street Journal saytı Apple şirkətinin bu il 3 ədəd iPhone modeli təqdim edəcəyi məlumatını təsdiqləyib. Məlumatda həmçinin qeyd olunub ki, iPhone XS-in davamçısı 3 arxa kameraya, iPhone XR-in davamçısı isə 2 arxa kameraya sahib olacaq. The Wall Street Journal həmçinin bildirib ki, bu il təqdim olunacaq 3 iPhone modelindən ikisi OLED ekranla, biri isə LCD ekranla təchiz olunacaq.
Məlumata əsasən bu ilki iPhone modellərində şirkət əsas diqqəti kamera özəlliklərinə yönəldəcək. iPhone modellərindən birində olacaq üçüncü arx kameranın hansı funksiyanı yerinə yetirəcəyi barəsində heç bir məlumat yoxdur. Çox güman ki, üçüncü kamera daha keyfiyyətli portret fotoların çəkilməsi və AR obyektlərin (artırılmış reallıq) daha yaxşı təyin edilməsi üçün nəzərdə tutulacaq.
Saytın məlumatında qeyd olunub ki, bu ilki iPhone modelləri o səviyyəyə çatıblar ki, onların baza funksiyalarını rahatlıqla dəyişmək çətin məsələdir. Bununla paralel olaraq şirkət 2020-ci ildə satışa çıxacaq smartfonlar üzərində də aktiv iş görür. Məlumata əsasən 2020-ci ildə Apple şirkəti LCD ekranlardan ümumiyyətlə imtina edərək OLED ekranlara keçid edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
