Tibbdə inqilabi texnologiya: Bütün insan bədənini skan edən ilk cihaz təqdim edildi (VİDEO)

Tibbdə inqilabi texnologiya: Bütün insan bədənini skan edən ilk cihaz təqdim edildi (VİDEO)

Texnologiya
21.11.2018 PAYLAŞIM

    Bu inqilabi skaner iki əsas diaqnostik alətlərin birləşdirilmiş və təkmilləşdirilmiş versiyasıdır. Belə ki, yeni skaner özündə pozitron-emission tamoqrafiyasınıkompüter tamoqrafiyasını birləşdirir. Alimlərin sözlərinə görə yaradılmış yeni aparatın imkanları sonsuzdur. Kaliforniya Universitetinin alimləri bütün insan bədəninin skan edən 3D skaneri təqdim ediblər. Qeyd etmək lazımdır ki, bu, dünyanın ilk belə bir cihazıdır. Sözügedən cihaz EXPLORER adlanır və Şanxayın United Imaging Healthcare şirkəti ilə birlikdə yaradılıb.


Bənzər xəbər


    Cihaz özündə pozitron-emission tamoqrafiyası ilə komptüer tamoqrafiyasını birləşdirsə də hər ikisindən daha effektivdir. Belə ki, EXPLORER adi pozitron-emission tamoqrafiyasından 40 dəfə daha sürətli nəticə verməyə qadirdir. Belə ki, EXPLORER vasitəsilə bütün insan bədəninin skan edilməsinə 20-30 saniyə vaxt sərf edilir. “EXPLORER-in detalizasiya səviyyəsi inanılmazdır. O, əvvəllər həkimlər üçün əlçatan olmayan özəllikləri görməyə imkan verir. Hal hazırda dünyada bu cihazın elə bir analoqu yoxdur ki, bu cür nəticələri təqdim etsin” – deyə alimlərdən biri qeyd edib. Bununla yanaşı standart pozitron-emission tamoqrafiya üsulundan fərqli olaraq EXPLORER vasitəsilə skan prosesi zamanı insan 40 dəfə daha az şüalanmaya məruz qalır. Beləliklə bu cihaz vasitəsilə hansısa şəxsi bir neçə dəfə skan etmək olar.


    İlk dəfə olaraq alimlər bu cihaz vasitəsilə insan orqanlarında və toxumalarında eyni anda nələrin baş verdiyini öyrənmək imkanına sahib olublar. EXPLORER-dən xərçəng xəstəliyinin, immun xəstəliklərinin, infeksiyaların və s. kimi xəstəliklərin tədqiqatında istifadə edilməsi planlaşdırılır. Müəyyən vaxtdan sonra EXPLORER-ə əlavə alətlər də əlavə olunacaq. Onlar insan orqanizmində olan dərman preparatlarının hərəkətini izləyəcəklər. Bu isə öz növbəsində orqanizmin reaksiyası üzrə müalicəni real zaman ərzində optimallaşdırmağa imkan verəcək. EXPLORER cihazınıın ilk klinik təcrübələrdə istifadəsinin artıq gələn ilin İyun ayında reallaşdırılacağı güman edilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin ilk AR cihazı nə zaman təqdim olunacaq və nə zaman satışa çıxac..

İlk Apple Watch modelinin satışa çıxmasından 6 il sonra Apple şirkəti özü üçün yeni olan bazara daxi..


Cənubi Koreyanın uşaq bağçalarında uşaqların tərbiyələri ilə smart robotlar məşğ..

Cənubi Koreyanın paytaxtı Seulda yerləşən uşaq bağçalarında robotlar təhsil bələdçiləri rolunda da ç..


Xiaomi öz elektromobillərinin istehsalı üçün fərdi zavodunu inşa edəcək..

Bu ilin mart ayında Xiaomi şirkəti rəsmi olaraq elektromobil bazarına daxil olacağını elan etmişidi...


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..

×