TikTok-da güman olunan iPhone 9-un (iPhone SE 2) videosu ortaya çıxıb (VİDEO)
Elm & Texnologiya
20.02.2020
Farid Pardashunas
Çinin TikTok sosial şəbəkəsində güman olunan iPhone 9-un (iPhone SE 2) videosu ortaya çıxıb. Bu barədə GSMarena saytı xəbər verib. Ortaya çıxmış videoda əks olunmuş smartfon daha əvvəllər OnLeaks ləqəbi ilə tanınan insayder tərəfindən verilmiş məlumat sızıntılarındakı smartfona çox bənzəyir. Videodakı smartfon həqiqətən də xarici görünüşcə iPhone 8-ə bənzəyir.
Belə ki, ekranın yuxarı və aşağı hissələrində qalın çərçivələr və ənənəvi Touch ID texnologiyası yerləşdirilib. Bununla yanaşı videoda smartfonun kənarlarını da görmək olar. Onlar daha düz şəkildə hazırlanıblar və birinci iPhone SE modelinin kənar hissələrini xatırladırlar. Videodakı smartfonun həqiqətən də iPhone 9 olub-olmamasını söyləmək çətindir. Hər halda bunu yalnız mart ayının sonunda bilmək mümkün olacaq. Belə ki, Apple şirkəti iPhone 9-u məhz 31 mart tarixində təqdim etməlidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)