drzeka zeka kartları

Tim Cook açıqladı, Apple sürücüsüz avtomobillər üzərində çalışır.

14.06.2017 0 PAYLAŞIM 281 OXUNMA

ABŞ-ın  texnologiya nəhəngi Apple-ın CEO-su Tim Cook, firmanın sürücüsüz avtomobil texnologiyası sahəsində çalışdığını söylədi.

"Tim Cook", Bloomberg TV-dəki müsahibəsində, firmanın sürücüsüz avtomobil sahəsində çalışdıqları işləri haqqında məlumat verib.

Sözü gedən  texnologiyanın Apple üçün əsas olduğunu vurğulayan Cook, “Biz, avtomatik sistem texnologiyasına köklənmişik. Bu texnologiya bütün süni zəka layihələrinin  ən vacibidir. Üzərində çalışdığımız ən çətin süni zəka layihəsi olduğunu söyləyə bilərəm.” ifadəsini səsləndirdi.

Cook, avtomatik sistem texnologiyalarının üç sinifə üzrə inkişaf etdiyini vurğulayaraq elektriklə işləyən avtomobillərin, sürücüsüz avtomobil texnologiyasının və xüsusi avtomobil sahiblərinin taksilik etməsinə imkan yaradan mobil tətbiqlərin paralel inkişaf etdiyini qeyd etdi.

Applen-ın “Titan Layihəsin”də təxminən min mühəndis çalışır

Applen-ın  2014-cü ildə başlayan “Titan Layihəsi” (Project Titan) adıyla bilinən sürücüsüz avtomobil texnologiyası proqramında hal hazırda təxminən min mühəndisin çalışdığı təxmin edilir.

Aprel ayında ABŞ-ın Kaliforniya əyalətində “sürücüsüz avtomobil texnologiyası” testləri üçün icazə alan Apple, bu əyalətdə icazələri olan Volkswagen, Mercedes Benz, BMW, General Motors, Ford, Nissan və Honda kimi dünya avtomobil nəhəngləri və Google, Tesla, Uber kimi texnologiya şirkətləri ilə yarışır.



<