Tim Cook'un mənfi rəylərinə görə Zuckerberg menecerlərə iPhone'dan istifadəni qadağan edibmiş

Tim Cook'un mənfi rəylərinə görə Zuckerberg menecerlərə iPhone'dan istifadəni qadağan edibmiş

Texnologiya
15.11.2018 PAYLAŞIM

    The New York Times-ın yeni məqaləsində Facebook şirkətinin öz səhvlərini necə düzəltməsi barəsində danışılır. Apple şirkəti ilə bağlı olan əsas məqamlardan biri də ondan ibarətdir ki, bir neçə müddət bundan öncə Tim Cook-un Facebook ilə bağlı mənfi rəyləri Mark Zuckerberg-in o dərəcədə xoşuna gəlmədi ki, o, şirkətni top menecerlərinə iPhone smartfonlarından istifadəni qadağan etdi və onlara Android smartfonlara keçid etmələri barəsində göstəriş verdi.

    Sözügedən məqalədə bu ilin əvvəlində Facebook-un Cambridge Analytica şirkəti ilə olmuş qalmaqalı ilə bağlı Tim Cook-un şərhi və Mark Zuckerberg-in həmin şərhə reaksiyası qeyd edilib. “Biz sizin şəxsi həyatınız barədə məlumatları yaymaq niyyətində deyilik. Bizim üçün konfidensiallıq insan hüququdur. Bu, vətəndaş azadlığıdır” – deyə Tim Cook həmin vaxtda bu hadisə ilə bağlı şərh vermişdi. Tim Cook-un bu cür şərhi isə öz növbəsində Mark Zuckerberg-də mənfi reaksiyaya səbəb olmuşdu. Bu cür şərhdən heç də məmnun olmayan Zuckerberg öz şirkətinin idarə komandasına iPhone smartfonlarından Android smartfonlara keçid göstərişini verdi. Belə ki, Android əməliyyat sisteminin istifadəçi kütləsi daha böyükdür.

Bənzər xəbər


    Tim Cook tərəfindən verilmiş yuxarıdakı şərhdən əlavə olaraq Zuckerberg-i əsəbiləşdirən daha bir məqam da olmuşdu. Belə ki, Tim Cook-un Facbook şirkətinin CEO olacağı halda onun bu vəziyyətdəki addımları necə olardı sualına Tim Cook “Mən bu cür vəziyyətdə olmazdım” – deyə cavab vermişdi. Mark Zuckerberg isə öz növbəsində Tim Cook-a bu cür cavab vermişdi:

    “Əgər siz yalnız varlı şəxslərə xidmət göstərməyən servis yaratmaq istəyirsinizsə, siz hər bir şəxsin həmin servisdən istifadə edə bilmə imkanını düşünməlisiniz. Düşünürəm ki, bu, istifadəçilərin Stokholm sindromuna yaxalanmamaq və beləliklə böyük şirkətlərin əsirlərinə çevrilməmək üçün vacibdir. Qoy daha çox vəsait əldə etmək üçün çox çalışan şirkətlər istehlakçıları inandırsınlar ki, onlar həqiqətən də istehlakçıların qayğısına qalırlar. Əks halda bu gülməli səslənir” – deyə Zuckerberg bildirmişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..

×