Tokioda bir mağaza 3D printer vasitəsilə hazırlanmış insan üzü maskaları satacaq (VİDEO)

Tokioda bir mağaza 3D printer vasitəsilə hazırlanmış insan üzü maskaları satacaq (VİDEO)

Texnologiya
05.01.2021 PAYLAŞIM

    Qoruyucu maskaların taxılması sosiallaşma prosesini qəlizləşdirir. Belə ki, hansısa şəxs maska taxmış dostunu tanımaya bilər. Lakin Yaponiyadan olan sahibkar bu məsələdə individuallığı qorumaq üçün maraqlı üsul kəşf edib. Belə ki, o, 3D printerdə üçölçülü maskaların istehsalı texnologiyasını yaradıb. Bu barədə 4pda saytı xəbər verib. Shuhei Okawara adlı şəxs Tokioda kiçik mağazaya sahibdir.

    Mağazada olan məhsullar əsasən bayramlar və şənliklər üçün nəzərdə tutulub. Günlərin birində onun ağlına insan üzü üçün üçölçülü maskaların yaradılması ideyası gəldi. Onun ideyasına əsasən bu cür maska istənilən şəxsi istənilən yerdə tamamilə tanınmayan digər bir şəxsə çevirə bilər. Nümunə üçün o öz üzü əsasında hazırlanmış üçölçülü maskanı misal gətirib.


    

    Növbəti mərhələdə o heç tanımadığı şəxslərə öz fotolarını göndərməyi təklif edib. Məhz həmin fotolar əasında Okawara müxtəlif maskalar yaradıb. Fotonu göndərməyə razı olmuş hər bir şəxsə o, 400$ vəsait ödəyib. Bütün maskalar 3D printerdə yaradılıb. Yaradılmış maskalar bu və ya digər şəxsin üzünün tam kopyasıdır. Sözügedən layihəyə keçən ilin oktyabr ayında start verilmişdi və ona potensial alıcılar tərəfindən artıq böyük tələbat var. Maskalar gələn ilin əvvəlində satışa çıxacaqlar və bir maskanın qiyməti 950$ təşkil edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.

×