Toshiba-nın yeni alqoritmi adi kompüterləri superkompüterlərdən daha sürətli edir

Toshiba-nın yeni alqoritmi adi kompüterləri superkompüterlərdən daha sürətli edir

Texnologiya
21.01.2020 PAYLAŞIM

    Toshiba şirkətinin mühəndisləri müasir kompüterlərin hesablama güclərini nəzərə çarpacaq dərəcədə yüksəldən alqoritm hazırlayıblar. Maraqlısı ondadır ki, bu alqoritmin hazırlanmasında təməl prinsip kimi kvant kompüterlərin çalışma prinsipindən istifadə edilib. Lakin sözügedən proqram texnologiyasının çalışması üçün bahalı təchizata ehtiyac yoxdur. Belə ki, yaradılmış yeni alqoritm adi istehlakçı kompüterləri ilə uyğunlaşır. Bu barədə Wccftech saytı xəbər verib. Adi kompüterlərin və klaster serverlərin güclərini yüksəldən bu yeni üsul simulyasiya edilmiş bifurkasiyalı alqoritm adlanır.


    Tərtibatçıların verdikləri məlumata əsasən bu alqoritm birjadakı valyutaların qiymətləri arasında müqayisə kimi qəliz əməliyyatları hal hazırda mövcud olan superkompüterlərdən daha sürətli şəkildə yerinə yetirir. Bununla yanaşı kvant kompüterlərindən fərqli olaraq bu yeni proqram texnologiyası üçün ekstremal soyuducu sistemlər lazım deyil. Belə ki, o, adi otaq temperaturunda da çalışa bilir. Toshiba təmsilçiləri qeyd ediblər ki, hesablama gücü kvant kompüterlərindən aşağı olan adi kompüterlərin klasterlərində sözügedən alqoritmdən istifadə öz növbəsində məlumat emalı prosesinin sürətinin 10 qat yüksəlməsini təmin edir.

    Hesablamaların sürətlərinin yüksəlməsi üçün bifurkasiya anlayışından istifadə edilir. Sözügedən texnologiyanın ideyası hələ 2015-ci ildə ortaya çıxmışdı. Lakin onun testləri 2 ildən sonra aparıldı. Tərtibatçılar qeyd ediblər ki, bu alqoritm maliyyə və fond ticarət təçkilatlarına, sosial şəbəkələrə və istehsal şirkətlərinə faydalı ola bilər. Şirkət qeyd edib ki, o, bu texnologiyada maraqlı olan müştərilərinə sözügedən alqoritmi real zamanda test etmək imkanını verəcək. Lakin bunun qarşılığında şirkət bu alqoritmin birgə inkişaf etdirilməsini və ya layihəyə investisiyanın yatırılmasını tələb edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..


Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib..

Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. ..


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..

×