Touch ID dövrünə son. iPhone 8 yeni təhlükəsizlik sisteminə sahib olacaq

Touch ID dövrünə son. iPhone 8 yeni təhlükəsizlik sisteminə sahib olacaq

Texnologiya
04.07.2017 PAYLAŞIM

“Apple” şirkəti, iPhone 8 üçün istifadəçi üzünün 3D skanı əsasında yeni təhlükəsizlik sistemi üzərində çalışır.

Yeni təhlükəsizlik sistemi, ənənəvi Touch ID-ni əvəz edəcək. Hal hazırda şirkət mühəndisləri bu sistemin dəqiqliyi və sürətinin yaxşılışdırılması üzərində çalışır. Məlumata əsasən yeni sistem, istifadəçi üzünü bir neçə millisaniyə ərzində skan edir. Bundan əlavə bildirilir ki, yeni sistem, təhlükəsizliyinə görə Touch ID-ni geridə qoyur. Məlumata əsasən bu sistemdən istifadə etmək üçün istifadəçinin, smartfonu üz hissəsinə yaxınlaşdırması məcbur deyil. Belə ki, sistem istənilən vəziyyətdə çalışa bilir. Bundan əlavə olaraq şirkət həmçinin göz qişasının skanı texnologiyasını da test edir. Qeyd etmək lazımdır ki, “Apple”, Touch ID sistemini ilk dəfə 2013-cü ildə iPhone 5s-də təqdim etmişdi. 1 ildən sonra isə iOS-də barmaq izi skanı vasitəsilə online ödənişlər etmək və mobil tətbiqlərə daxil olmaq mümkün oldu. iPhone 8-də 3D ön kameranın olacağıhaqqında məlumatlar hələ bu ilin May ayında yayılmışdı. Qeyd etmək lazımdır ki, yeni iPhone modeli ənənəvi olaraq Sentyabr ayında təqdim olunacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google şirkəti süni zəkanın superkompüterdə öyrənmə sürəti üzrə yeni rekorda imz..

Google şirkəti machine learning dəstəkli superkompüterlərin testlərinin sona çatdığını elan edib. Be..


Elon Musk, Neuralink-in yeni çipinin daha bir özəlliyindən danışdı: Yeni təqdima..

Elon Musk tərəfindən yaradılmış Neuralink şirkəti bu ilin sonunda beyin çiplərinin insan üzərində il..


Google, AirDrop analoqu Nearby Sharing funksiyasını Chrome brauzerinə əlavə edib..

Google şirkəti özünün AirDrop analoqu olan Nearby Sharing funksiyasını ilk növbədə Android 11-in bet..


Tesla elektromobilləri yeni batareyalar hesabına daha çox yol qətt edə biləcəklə..

Batareyanın tərkibində kobalt elementinin miqdarı nə qədər az olarsa enerjinin sıxlığə bir o qədər ç..


SpaceX-in Crew Dragon kosmik gəmisi astronavtları uğurla Yer kürəsinə qaytardı (..

SpaceX-in Crew Dragon kosmik gəmisi ilə BKS-ə (Beynəlxalq Kosmik Stansiya) yollanmış astronavtlar Ro..


Məşhur Kodak şirkəti 1500% dəyər qazandı: Koronavirus təsiri

Məşhur Kodak şirkəti koronavirus dərmanlarının hazırlanmasında yardım göstərəcəyi üçün 1500% dəyər q..

×