Logo
    main-post-cover

    Toyota-nın insanabənzər robotu ən uzaq məsafədən basketbol atmaq üzrə yeni rekord qırıb! (VİDEO)

    Elm & Texnologiya
    13.12.2024
    Aslan

         Toyota-nın robotu 24.55 metr məsafədən basketbol ataraq insanabənzər robot tərəfindən atılmış ən uzaq basket rekordunu qırıb.

         Toyota-nın CUE adlı robotu ilk dəfə 2017-ci ildə 9 Toyota könüllüsü tərəfindən süni intellekt dəstəyi ilə top ata bilən robot kimi hazırlanıb. Zamanla təkmilləşdirilən bu robotun üçüncü nəsli, ardıcıl olaraq 2020 sərbəst atış edərək bu sahədə rekord qazanıb. Robotun inkişafı davam edərkən, Toyota daha böyük bir məqsədə fokuslanıb: İnsanabənzər robot tərəfindən ən uzaq məsafədən basketbol atmaq. 26 sentyabr 2024-cü ildə robotun altıncı nəsli CUE6, Yaponiyanın Nagakute şəhərində 24.55 metr məsafədən ikinci cəhdi ilə dəqiq atış edərək ikinci dəfə Ginnesin Dünya Rekorduna sahib olub.
         Mühəndislər robotun səhvlərindən nəticə çıxararaq onun duruşunu, qol mövqeyini və atış gücünü dəyişdirə bildiklərini bildirirlər. Üstəlik, robot edilmiş dəyişikliklərlə təkərlər üzərində hərəkət etmək və driblinq kimi bacarıqlar da qazanıb. Rekord atışı üçün CUE6 əl modifikasiyaları və top hərəkətini daha yaxşı aşkar etmək üçün ayaq kameralarının əlavə edilməsi kimi mühüm yeniləmələrdən keçib. Komanda həmçinin bildirib ki, robot süni intellektin köməyi ilə ən effektiv atış üslubunu öyrənib.
    Paylaş
    main-post-cover

    Cənubi Koreya işçi qüvvəsinin 10%-ni robotlarla əvəz edən ilk ölkə olub!

    Elm & Texnologiya
    05.12.2024
    Aslan

         Cənubi Koreya azalan işçi qüvvəsinə həll tapmaq üçün robot texnologiyasına milyardlarla dollar sərmayə yatıraraq işçi qüvvəsinin 10%-ni robotlarla əvəz edən ilk ölkə olub.

         World Robotics 2024 hesabatına görə, Cənubi Koreya hər 10.000 işçiyə 1.102 robotla dünya lideridir. Hazırda bu ölkədə, fabriklərdə çalışan robotların sayı digər bütün ölkələrin ümumi göstəricilərindən 2 dəfə çoxdur. Yalnız Sinqapur hər 10.000 işçiyə düşən 770 robotla Cənubi Koreyaya yaxınlaşır. Cənubi Koreya elektronika və avtomobil sənayesi sahələrində robot texnologiyasının ən böyük müştəriləri kimi önə çıxır. Bu sahələrdəki yüksək tələbat robotlardan istifadənin ölkə üzrə sürətlə artmasına səbəb olub. 2018-ci ildən bəri robot sıxlığının hər il orta hesabla 5% artdığı qeyd olunur.
         Qlobal miqyasda da robotlardan istifadə sürətlə artır. Çin 2023-cü ildə quraşdırılan robotlarla dünya bazarının 51%-ni əlində saxlayaraq liderliyini davam etdirib. Yaponiya isə həmin dövrdə 46.106 robot quraşdıraraq ikinci ən böyük bazar olaraq mövqeyini qoruyub. Hindistan 2023-cü ildə quraşdırma göstəricilərini 59% artıraraq 8.510 ədədə çatdırıb və sürətlə böyüyən bazar kimi diqqət çəkib.
         Cənubi Koreya təkcə istehsalat sektorunda deyil, xidmət sektorunda da robotlardan geniş istifadə edir. Xəstəxanalardan restoranlara qədər müxtəlif sahələrdə robotlar fəaliyyət göstərir. Bu il Cənubi Koreya Ticarət, Sənaye Enerji Nazirliyi tərəfindən açıqlanan Dördüncü Ağıllı Robotlar Əsas Planına əsasən, 2030-cu ilə qədər robot sənayesinə dövlət və özəl sektor vasitəsilə 2.4 milyard dollar sərmayə qoyulması planlaşdırılır. Bu məqsədə uyğun olaraq, robotik hissələrin yerli istehsal səviyyəsinin 44%-dən 80%-ə qaldırılması hədəflənir.
         Burada robot termini əsasən sənaye robotlarını əhatə edir. Hal-hazırda quraşdırmaların 90%-i sənaye robotlarından ibarətdir. 10%-lik hissə isə əməkdaşlıq edən robotlarla bağlıdır. İnsanabənzər robotlar isə hələlik bu statistik göstəricilərə ciddi təsir etmir. Gələcək illərdə isə bu vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi gözlənilir.
    Paylaş