Logo
    main-post-cover

    Travelmate adlı pilotsuz çamadan təqdim edildi (VİDEO)

    Elm & Texnologiya
    14.01.2018
    Emil
    CES 2018 texnoloji konfransının maraqlı anonslarından biri də Travelmate adlı pilotsuz çamadan oldu.
    Travelmate çamadanını adi dron kimi mobil tətbiq vasitəsilə idarə etmək olar. Və ya onu xüsusi rejimə keçirdərək onun sizi izləməsini də reallaşdırmaq mümkündür. Bu rejimdə çamadan pilotsuz avtomobillərdə olan texnologiyalar sayəsində digər insanları və yolda ola biləcək maneələri keçərək öz sahibini izləyəcək.
    Travelmate adi litium-ion batareyaları vasitəsilə çalışır və onların sıradan çıxacaqları halda onları dəyişmək mümkündür. Həmin batareyalar sayəsində həmçinin istifadəçi öz smartfonunu şarj edə bilər. Beləliklə istifadəçi hava limanında olan zaman cərəyan şəbəkəsi axtarmalı olmayacaq. Bununla yanaşı çamadan GPS ötürücü ilə də təchiz olunub. Beləliklə çamadanın sahibi onu hardasa unutsa və ya itirsə, onu GPS vasitəsilə rahatlıqla tapmaq olar. Travelmate çamadanının satış qiyməti isə 1100$ təşkil edir.

    Paylaş
    Bənzər xəbərlər