
Travis Kalanick, 'Uber'ə, vaxtı ikən Steve Jobs-un 'Apple'a qayıtması kimi geri dönmək niyyətindədir
Elm & Texnologiya
01.08.2017
Emil
“Uber”in təsisçisi Travis Kalanick, şirkətin bir neçə əməkdaşına bildirib ki, o, vaxtı ikən Steve Jobs-un karyera mərhələsində baş verən geridönüşü təkrarlayacaq.
Qeyd etmək lazımdır ki, vaxtı ikən “Apple”dan qovulmuş Steve
Jobs, bir müddətdən sonra şirkətə geri qayıdaraq onu, dünyanın aparıcı İT şirkəti
etdi. Kalanick, həmin hadisəni məhz “Uber”lə təkrarlamağa niyyətlidir. Nəzərinizə
çatdıraq ki, Kalanick, şikətdə baş vermiş bir sıra münaqişələrdən sonra İyun
ayında “Uber”dən getdi. Technote-un, Business Insider-ə istinadən verdiyi məlumata
əsasən güman olunur ki, onun getməsində əsas rolu, investorlar tərəfindən təzyiqlər
oldu. Bu ilin Fevral ayında “Uber”in keçmiş əməkdaşı öz blogunda, şirkətdə olan
seksizm problemləri haqqında yazmışdı. Daha sonra isə Kalanick ilə bağlı
münaqişə böyük səs-səda yaratdı. Belə ki, Kalanick-in, Uber sürücüsünə
qışqırması ilə bağlı video bütün internetə yayılmışdı.Hal hazırda şirkətin,
liderə ehtiyacı var. Görünür ki, Kalanick yenidən həmin vəzifəyə keçmək istəyir.
Məlumata əsasən Yaponiyanın internet nəhəngi “SoftBank”, “Uber”in miyardlıq
hissəsini almağı planlaşdırır. “Uber”in direktorlar şurası hələ də bu cür
imkanın yaxşı ideya olub-olmadığı barəsində fikirləşir. Belə ki, “SoftBank”, “Uber”in bir çox rəqiblərinə külli
miqdarda investisiyalar yatırıb. Çox güman ki, Kalanick, yaponiya
investisiyalarını, şirkətdəki digər səhmdarların paylarını dağıtmaq və “SoftBank”ın
rəhbəri Masayoshi Son-u öz müttəfiqi etmək üçün istifadə edərdi. Qeyd etmək laızmdır ki, Masayoshi
Son, Kalanick-in eynidən “Uber”ə qayıtmasını dəstəkləyir. Lakin çox az ehtimal
var ki, yaxın müddət ərzində Kalanick yenidən “Uber”ə qayıtsın. Belə ki, şirkətin
direktorlar şurasından heç kim onu dəstəkləmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
