TSMC artıq 2 nanometrlik prosessoru üzərində işləri yekunlaşdırmaq üzrədir
Elm & Texnologiya
13.12.2023
Emil
Financial Times nəşriyyatı TSMC şirkətinə istinadən xəbər verib ki, şirkət artıq 2 nanometrlik prosessor üzərində işləri yekunlaşdırmaq üzrədir. Məlumata əsasən TSMC 2 nanometrlik prosessorun kütləvi istehsalına 2025-ci ildə start verməyi planlaşdırır. Bununla belə şirkət artıq işlək prototiplərə sahibdir və Apple öz növbəsində gələcəkdə 2 nanometrlik prosessoru iPhone modellərində istifadə etməyi planlaşdırır. Məlumatda qeyd edilib ki, TSMC öz 2 nanometrlik prosessorunun prototiplərinin texnoloji testlərini Apple və NVIDIA kimi böyük partnyorlarına artıq sərgiləyib. Gözləntilərə əsasən sözügedən prosessoru ilk əldə edəcək smartfonlar iPhone 18 Pro və iPhone 18 Pro ola bilərlər.