
TSMC-nın 2 nanometrlik prosessorlarını ilk Apple əldə edəcək
Elm & Texnologiya
25.01.2024
Emil
TSMC hal-hazırda aktiv şəkildə 2 nanometrlik prosessorlar üzərində çalışır. Təbii ki, növbəti nəsil prosessorlara böyük tələbat olacaq. Lakin bu cür prosessorları ilk əldə edəcək bəxtəvər kim olacaq? Digitimes saytının vermiş olduğu məlumata əsasən 2 nanometrlik prosessorların ilk əldə edilməsi mövzusunda Apple şirkəti TSMC-nın müştərisi olmağa hazırdır. Gözləntilərə əsasən TSMC 2 nanometrlik prosessorların kütləvi istehsalına 2025-ci ilin ortasında başlamağı planlaşdırır. Şirkət Tayvanda bu prosessorları istehsal edəcək minimum 2 yeni zavodu inşa etməyi hədəfləyib. Qeyd etmək lazımdır ki, hal-hazırda TSMC 3 nanometrlik prosessorun istehsalını yalnız Apple üçün reallaşdırır. Belə ki, iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarında istifadə olunan A17 Pro prosessoru məhz 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
