main-post-cover

    TSMC şirkəti 3 nanometrlik prosessorlar barəsində yeni məlumatlar verib

    Elm & Texnologiya
    17.07.2020
    Emil Nəcəfov
        2 il bundan öncə prosessor istehsalçısı olan TSMC şirkəti 7 nanometrlik mobil platfromaların istehsalına start vermişdi. Bir neçə müddət bundan öncə isə şirkət 5 nanometrlik prosessorların istehsalını planlaşdırmağa başladı. Həmin prosessorların ilkin sifarişçiləri arasında artıq Apple Huawei şirkətləri var. İndi isə şirkət 3 nanometrlik prosessorlar üzərində işlərin final mərhələsinə start verib və həmin prosessorlar barəsində bəzi məlumatları təqdim edib. Bu barədə Gizchina saytı xəbər verib.
        TSMC şirkətinin cədvəlinə əsasən 3 nanometrlik prosessorların istehsalına 2021-ci ilin sonunda start verilməlidir. 5 nanometrlik prosessorlardan fərqli olaraq 3 nanometrlik prosessorlarda tranzistorların sıxlıqları 15%, performansları 10%-15%, enerji baxımdan effektivlikləri isə 20%-25% yüksələcək. Mikrosxemlərin istehsalat prosesi tranzistorların ənənəvi yerləşdirilməsi texnologiyası FinFET-dən istifadə edəcək. Gözləntilərə əsasən 2022-ci ilin əvvəlində bu prosessorların ilkin müştərisi Apple şirkəti olacaq. 5 nanometrlik prosessorlara gəldikdə isə onların ilkin nümayəndələrindən biri Snapdragon 875 olacaq. 
    Linki kopyala