TSMC şirkəti ilk 3 nanometrlik prosessorların nə zaman istifadəyə veriləcəyini açıqlayıb

TSMC şirkəti ilk 3 nanometrlik prosessorların nə zaman istifadəyə veriləcəyini açıqlayıb

Texnologiya
28.09.2020 PAYLAŞIM

    Mobil prosessorlar sahəsinin ən böyük istehsalçılarından biri olan TSMC 3 nanometrlik texnoloji proses əsasında hazırlanan yeni nəsil mobil çiplərin nə zaman istifadəyə veriləcəkləri barəsində danışıb. Bununla yanaşı hansı şirkətin bu prosessorları ilk əldə edəcəyi də məlum olub. Bu barədə Gizchina saytı xəbər verib. TSMC şirkətinin təmsilçilərinin məlumatlarına əsasən artıq gələn il 3 nanometrlik prosessorların test versiyaları təqdim olunacaqlar.

    Onların irimiqyaslı istehsalına isə 2022-ci ilin ikinci yarısında start veriləcək. Yeni növ mobil prosessorların ilkin partiyasını Apple şirkəti əldə edəcək. Qeyd etmək lazımdır ki, Apple şirkəti 2016-cı ildən TSMC ilə sıx əməkdaşlıqdadır. Hələ bir neçə müddət bundan öncə TSMC qeyd etmişdi ki, 5 nanometrlik prosessorlardan 3 nanometrlik prosessorlara keçid, tranzistorların sıxlıqlarını 70% yüksəltməyə imkan yaradır.


    Bununla belə prosessorların hesablama gücləri 10%-15% yüksəlir, enerji sərfiyyatları isə 25%-30% aşağı düşür. Bununla yanaşı şirkət həmçinin 2 nanometrlik texnoloji proses barəsində tədqiqatlar da aparır. Gözləntilərə əsasən şirkət 2 nanometrlik prosessorların testinə 2023-cü ildə, irimiqyaslı istehsalına isə 2024-cü ildə start verəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×